Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-01-2015, 20:25)
Bakı ilə Sumqayıt arasında sürət qatarları işləyəcək

Bakı ilə Sumqayıt arasında sürət qatarları işləyəcək

Bu il ərzində Bakı və Sumqayıt şəhərləri arasında yüngül relsli nəqliyyatın yekun variantının reallaşdırılması nəzərdə tutulub.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov bildirib. 

N. Əzməmmədovun sözlərinə görə, hazırda hər gün Bakıdan Sumqayıta və əks istiqamətdə böyük həcmdə sərnişin axını müşahidə olunur. Qeyd edilən istiqamətdə sərnişin sıxlığını azaldılması istiqamətində layihənin reallaşdırılması üçün hazırda Asiya İnkişaf Bankı (AİB) ilə danışıqlar gedir: “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankının nümayəndələri həmin yol baxış keçiriblər. 

Nəticədə müəyyən olunub ki, Bakı ilə Sumqayıt arasında yüngül relsli nəqliyyat üçün 50 km yol əsaslı təmir edilməlidir. Həmçinin rabitə və siqnalizasiya sistemi yenilənməli və 10 ədəd yeni elektrik qatarları alınmalıdır. Bütün bunların dəyəri Asiya İnkişaf Bakının qərarından sonra məlum olacaq”. 

Qeyd edək ki, iki şəhər arasında sərnişindaşımanın yaxşılaşdırması üçün Bakı sərnişin stansiyasından çıxaraq Zabratdan keçməklə Sumqayıta və Sumqayıtdan Bakıya hərəkət etməsi nəzərdə tutulan elektrik qatarı gün ərzində 800-1000 sərnişini daşıya biləcək.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024