Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-12-2014, 17:31)
Aqil Abbas “Qarabağ“ın oyunundan danışdı

Milli Məclisin deputatları Fazil Mustafa və Aqil Abbas arasında "Qarabağ"ın oyunu ilə bağlı qiyabi polemika qeydə alınıb

 

 
F.Mustafa sosial şəbəkədəki səhifəsində yazdığı statusunda qeyd edib ki, bura qədər oynadığı oyun “Qarabağ”ın ciddi uğuru sayılmalıdır. 
 
Deputat yazıb: “Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə, “İnter” kimi klubla üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ “Qarabağ”ın əsas oyunçularından 5-6-sı zədəli vəziyyətdə idi və bu şərtlərdə sabit oyun göstərmək həqiqətən ağır idi”.
Daha sonra  F.Mustafa həmkarı Aqil Abbas saytların birinə “Qarabağ”ın udacağı təqdirdə hamıya qonaqlıq verəcəyinəm. İndiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitməmişdim vəd etməsini xatırlayaraq qeyd edib: "Təsəvvür edin ki, Aqil bəy, hamı deyəndə, böyüklü-kiçikli Azərbaycanda hazırda yaşayan haradasa 7 milyon adamı nəzərdə tutmuşdur. Adambaşına bir dönər hesabı ilə topdansatış qiyməti ilə bir manatdan götürsək, düz 7 milyon manat edir. Bu minvalla, “Qarabağ”ın heç-heçəsi “Dnepr”dən çox, Aqil bəyin işinə yaradı...”
Aqil Abbas isə  AzNews.az-a açıqlamasında sözündən qaçmadığını bildirib: “Biz dünən futbol üzrə Avropa Liqasının oyunları çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “İnter” oyununda qalib gəldik”. 
O bildirib ki, qələbə bizimlə olsa da hakimə uduzduq: “Ağdamın Qarabağ” klubu gözəl və ləyaqətlə oynadı. Onlar Azərbaycanı Avropada qeyrətlə təmsil etdi”. 
A.Abbas əlavə edib ki, oyunla bağlı şikayət olunsa, hakim mütləq cəza alacaq: “Bu qanun belədir. Oyunun nəticəsinə isə təsir edə bilmir”.
Deputat bütün jurnalistlərin nəzərinə çatdırıb ki, vədinə əməl edib böyük bir qonaqlıq verəcək: “Bu gün matəmdir. “Qalib gəlmişik” demişəm, deməli, qonaqlıq da verəcəm”. (musavat.com)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024