Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-09-2014, 18:20)
“Avro-2020“ Bakıda olacaq

“Avro-2020“ Bakıda olacaq


Avropa çempionatının qrup mərhələsinin üç oyunu və 1/4 finalın bir matçı Azərbaycanda keçiriləcək

 

PİASPORT-un məlumatına görə, bu gün "Avro-2020"yə ev sahibliyi edəcək şəhərlərin adlarına aydınlıq gəlib.
Mediatv.Az-ın məlumatına görə, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasından sonra açıqlanıb.  Turniri qəbul etməyə 19 ölkə namizəd ölkələr arasında Bakı ilə təmsil olunan Azərbaycan da var idi. Paytaxtımız "Avro-2020"ni qəbul edəcək 13 şəhər arasında olub. Azərbaycan qrupun üç oyununu və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.
Çempionatın final mərhələsinin matçları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. “Avro-2016”da olduğu kimi “Avro-2020”nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda əsasən London və Münhen şəhərləri mübarizə aparıb. Almaniyanın bütün diqqətini "Avro-2024"ün ev sahibliyini qəbul etməsinə yönəltməsi "Avro-2020"nin yarımfinal və final matçlarının Londonda keçirilmə şanslarını artırırdı ki, belə də olub. "Avro-2020"nin yarımfinal və final oyunlarının Londonda keçirilməsi rəsmən açıqlanıb.
Yarımfinal və final oyunları: London (İngiltərə)
Turnirin digər oyunları isə bu şəhərlərdə keçiriləcək: Münhen (Almaniya), Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Brüssel (Belçika), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya) 
Minsk (Belarus), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Yerusalim (İsrail), Stokholm (İsveç) və Kardif (Uels) şəhərləri isə “Avro-2020”yə ev sahibliyi etmək uğrunda yarışda lazımi səsi toplaya bilməyiblər.
Əlavə edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edib. 
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024