Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (18-09-2014, 10:47)
Bahar Muradova: “Qarabağ”dan uğur gözləyirəm“

“Mən hər zaman “Qarabağ”dan uğur gözləyirəm. Budəfəki oyunda da komandamıza uğur arzulayıram. Ən əsası bu uğuru qazanmaq əzminin olmasıdır. Bu gün “Qarabağ” komandasında bu əzm var. Mən onu dəyərləndirirəm və hesab edirəm ki, bəzən aşağı, bəzən yuxarı hesab, yaxud da heç-heçə qeydə alına bilər, əsas odur ki, komanda içərisində hər kəs öz oyununu yox, vahid komanda olaraq oyununu oynasın. “Qarabağ” belə oyun oynayan komandadır”

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova bu fikirləri musavat.com-a Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” futbol klubunun “Sent-Etyen”lə (Fransa) 18 sentyabrda keçiriləcək oyununu şərh edərkən söyləyib. Amma B.Muradova stadiona getməyəcəyini və oyunu televiziya qarşısında seyr edəcəyini bildirdi. O, gülərək “hələ ki, bizdə qadınların stadiona getmək təcrübəsi yoxdur. Amma televiziyadan izləmək daha rahatdır, nəinki stadiondan” - dedi. 
Vitse-spiker Azərbaycan yığmasının baş məşqçisi B.Foqtsun uğursuzluqları barədə fikir bildirmədi: “Mən daha çox “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur. Hər kəsin bir sevimli komandası ola bilər. Amma Azərbaycan millisi və “Qarabağ” Azərbaycan adına və Qarabağ adına meydana çıxan komandalardır. Ona görə də onların oyunlarına baxmağa dəyər. O ki, qaldı məşqçilərə, qoy bu barədə peşəkar futbol mütəxəssisləri fikir söyləsin. Mən o dərəcədə futbol bilicisi olmadığımdan hansı məşqçinin peşəkar, yaxud qeyri-peşəkar olduğunu deyə bilmərəm”.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024