Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İdman (13-11-2017, 17:00)
Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu

Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu

 

Formula-1 üzrə dünya çempionatında iştirak edən İngiltərənin “Uilyams” komandasının pilotu Felipe Massa karyerasını başa vurub.

Mediatv.az “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı sürücü noyabrın 12-də keçirilmiş Braziliya Qran-prisindən sonra qərarını açıqlayıb.

F.Massa ötən il karyerasını başa vurduğunu desə də, “Uilyams”ın xahişi ilə daha bir mövsüm çıxış etməyə razı olmuşdu. Formula-1-də 2002-ci ildə debüt edən braziliyalı pilot karyerası ərzində “Sauber” və “Ferrari”nin də şərəfini qoruyub. Onun ən yaxşı göstəricisi 2008-ci ildə əldə etdiyi vitse-çempionluqdur.

Qeyd edək ki, Formula-1 üzrə 2017-ci il mövsümünün qalibi artıq müəyyənləşib. “Mercedes” pilotu Lüis Hemilton çempionluğu rəsmiləşdirib. Braziliya Qran-prisində finiş xəttini 7-ci keçən Massa ümumi cədvəldə 10-cu pillədədir. 



Reklam
Xəbər lenti
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
19 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı