Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (8-11-2017, 12:00)
Şəhriyar Məmmədyarov: Bizim şahmatçılar Avropa ölkələrində yaşasaydılar.... - MÜSAHİBƏ

Şəhriyar Məmmədyarov: Bizim şahmatçılar Avropa ölkələrində yaşasaydılar.... - MÜSAHİBƏ

 

 

Mediatv.az Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarovun Apasport.az saytına müsahibəsini təqdim edir:

 - Yığmamız Yunanıstanda keçirilən Avropa çempionatında 3-cü dəfə qitənin ən güclüsü tituluna sahib çıxdı. Bakıya qızıl medalla qayıdacağınıza hansı turdan sonra inandınız?

- Biz Avropa çempionatına ilk dəfə olaraq, reytinqdə ikinci komanda kimi yollanmışdıq. Komandamızın orta əmsalı 2730 idi. Rusiya millisinə çox yaxın idik. Artıq turnirdən qabaq bizim birinci olacağımıza çox ölkələr inanırdı.

 - Amma yarışa İtaliyaya məğlubiyyətlə başladınız...

- Düzdür, 2013-cü ildə olduğu kimi, turnirə yenə uğursuz başladıq. İlk turda xal itkisinə məruz qaldıq. Amma sonradan dönüş edə bildik. Əslində, komandanın ruhdan düşməməyi, sonadək mübarizə aparması çox gözəl xüsusiyyətdir. Hansısa turda kimsə məğlub olduqda, digərləri bunun əvəzini çıxmağa çalışırdılar. Yəni, hər oyunda, demək olar ki, 2 nəfər qalib gəlirdi. Bu da komandanın yaxşı nəticə qazanması üçün kifayət edirdi. Millidə ümumi atmosfer də çox yaxşı idi. Uğura gedən yol bizim üçün çox gözəl alındı. Əsas rəqiblərə - Ermənistan, Rusiya, Macarıstana qalib gəldik. Hansı ki, bu 3 komandadan birini məğlub etməyin belə çox çətin olduğunu fikirləşirdim. Amma biz bu 3 rəqibin hər birinə qalib gəldik və istədiyimiz nəticəyə nail ola bildik.

 - İlk turda şahmat ənənəsi olmayan İtaliyaya məğlubiyyətin səbəbini açıqlamadınız...

- Avropa çempionatlarında ən güclü komandalar - istər Azərbaycan, Rusiya, Ermənistan və ya Ukrayna olsun - çalışırlar ki, I lövhədə oynayacaq şahmatçıya istirahət versinlər. I turda da mənə istirahət verildi. Hansı ki, bu əvvəlcədən danışılmışdı. İnsanların böyük əksəriyyəti düzgün başa düşmür və deyirlər ki, mənim oynamamağım böyük səhv idi. Amma elə deyil. Bu, normal bir şeydi. Sadəcə, çox güclü komandamızın 9 oyundan hansısa biri uğursuz olmalı idi. O da çox yaxşı ki, birinci matçda oldu və bununla, uğursuzluğumuz bitdi. Digər 8 turda çox güclü çıxış etdik. Birinci görüşdəki uğursuzluq, bəlkə də, uğurun təməli idi.

 - Ən çətin oyununuz kimlə alındı?

- Ən çətin qarşılaşma Rusiya və Ermənistana qarşı oldu. Sonuncularla matç həm də prinsipial idi. Hər iki görüşü fantastik səviyyədə keçirdik. Rusiyanı hətta 3,5:0,5 hesabı ilə məğlub edə bilərdik. Hamı yaxşı oynadı. Rauf Məmmədov onlara qarşı özünün hər 2 qarşılaşmasında qalib gəldi.

 - Komandaya əsas gücü kim verirdi?

- (gülür). Rauf.

 - Avropa çempionatında üçüncü dəfə qalib gəldiniz. Komandanın növbəti hədəfi nə olacaq?

- Avropa çempionatının qızıl medalını qazanmaq Olimpiadada qələbədən qat-qat çətindir. Çünki ən güclü, ən səviyyəli komandalar bir-biri ilə oynayırlar. Bu da onu göstərir ki, əgər sən burada xal itirirsənsə, çempion ola bilməzsən. Yəni, Azərbaycan ən güclü ölkələrə qalib gəldi. Sadəcə, Avropa çempionu kimi Olimpiadanı, digər bütün turnirləri qazana bilərik. Sözsüz ki, Olimpiya çempionu olmağa çalışacağıq. Mənə turnirdən öncə “Avropa, yoxsa Olimpiada qalibi olmaq çətindir?” deyə soruşsalar, mən “qitə çempionatı” söyləyərəm. İnanıram ki, gələn il Olimpiya çempionu olmaq şansımız böyükdür. Komandamız çox ideal formadadır. 4 şahmatçımızın reytinqi 2700-dən yuxarıdır. Bu, yığmamızın tarixində ilk dəfədir.

Şahmatçılarımız bir-birini çox gözəl başa düşür. Artıq komandamızın hər bir üzvü böyüyüb və biri oyunda çətin vəziyyətə düşəndə, o birilər öz çıxışı ilə kömək etməyə çalışırlar. Belə deyək ki, komanda üzvlərinin yaşı çoxdur.

 - Hamınızın yaşca böyüdüyünü qeyd etdiniz. Komandada yeni simaların yer almamağı gənc nəslin yetişməməyi, yoxsa sizin səviyyənizə çatmamağı ilə bağlıdır? Nəzərə alaq ki, çempion olduğunuz 2009-cu ildə mərhum Vüqar Həşimov, 2013-cü ildə Eltac Səfərli istisna olmaqla, “dördlük” – siz, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov yenə yığmadasınız...

- Əslində, gənc nəsil yetişir. Sadəcə, onların bəxti bir az gətirmir ki, milli komandanın şahmatçıları çox yaxşı səviyyədədirlər və güclüdülər. Bizim gənc şahmatçılarımız digər Avropa ölkələrində yaşasaydılar, bəlkə də, onlar reytinqlərinə görə yığmaya düşmüşdülər. Amma milli hazırda çox güclü olduğundan onlar oynaya bilmirlər. Sözsüz ki, gənc nəslə daha sürətli inkişaf arzulayırıq. Həqiqətən, bizə onlar - yeni qüvvə lazımdır. Hansı ki, inandığımız şahmatçılar var, onların bizə gələcəkdə dəstək olacağına ümid edirəm.

 - Son günlər sizin FİDE reytinqində mövqeyiniz də müzakirələrə səbəb olub. Avropa çempionatının gedişində onlayn siyahıda ilk dəfə ikinci pilləyə yüksəldiniz, hazırda isə üçüncü yerdəsiniz. Amma hər şey ayın yekununda açıqlanacaq cədvəldə rəsmiləşəcək. İkinci pilləni deyil, liderliyi ələ almaq necə, mümkündürmü?

- Bilirsiniz ki, ilk pillənin sahibi Maqnus Karlsen çox güclüdür. Dünyanın bir nömrəli şahmatçısıdır. Dünyada ikinci yerdə olmaq, həqiqətən, çox böyük uğurdur. Necə ki, komanda yoldaşım, dostum Rauf Məmmədov demişdi ki, sən insanlar arasında birinci yerdəsən. Yəni, həqiqətən, Karlsen o qədər güclüdür ki, onunla mübarizə aparmaq çox çətindir. Amma çox turnirlər olub ki, biz onu məğlub etmişik və bu, mümkündür. Əlbəttə, reytinqdə ikinci olmaq inanılmaz qədər böyük uğurdur. Bir gün, bəlkə də, mənə desəydilər ki, dünyada ikinci olacaqsan, mən özüm də inanmazdım. Yəni, mənim üçün inanılmaz uğurdur. Amma ikinci olmuşamsa, itiriləcək bir şey yoxdur. Birinci də olmağa çalışacağıq. Bunun üçün də var qüvvəmizi səfərbər edəcəyik. Mənə dəstək olduğunuz, inandığınız üçün çox sağ olun. Çalışacağıq ki, birinci olmaqla da sizləri sevindirək.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024