Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (8-11-2017, 10:21)
Eltac Səfərli: Ermənistan yığması üzərində qələbə özünəinamımızı qaytardı

Eltac Səfərli: Ermənistan yığması üzərində qələbə özünəinamımızı qaytardı

 

“Çempionluqlar hamısı şirindir. Onları müqayisə etmək düzgün deyil. Çünki biz 2009 və 2013-cü ildə birinci olanda da çox sevinmişdik. Bu, hamımızın, bütün Azərbaycanın qələbəsidir”.

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu Yunanıstanın Krit adasında 3-cü dəfə Avropa çempionu olan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının kapitanı Eltac Səfərli deyib.

O bildirib ki, milli komanda ilk turdakı məğlubiyyətə baxmayaraq, çempionluq inamını itirməmişdi.

E.Səfərlinin sözlərinə görə, Azərbaycan şahmatçıları qalib olmağa layiq çıxış ediblər: “Üçüncü çempionluq münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Qeyd etmək istərdim ki, son 6 Avropa çempionatında 5 medal qazanmışıq. Onlardan biri bürünc, biri gümüş, üçü isə qızıl medaldır.

Ümumiyyətlə, Yunanıstanda baş tutan Avropa çempionatı Azərbaycan üçün çox uğurlu alındı. 2007-ci ildə də medal qazanmışdıq. On il sonra birinci yeri tutduq. Onu da deyim ki, 15 il əvvəl həmin Krit adasında dünya çempionu olmuşdum. Bu dəfə həmin zalda olan zaman xatirələr də yadıma düşdü. İlk turdakı məğlubiyyətimizə baxmayaraq, çempion olacağımıza inanırdıq. Çalışdıq, əlimizdən gələni etdik və birinci yeri tutduq”.

Kapitanlığının uğurlu alındığını söyləyən E.Səfərli deyib ki, Azərbaycan millisi Ermənsitan yığması üzərində qələbədən sonra özünə daha çox inanmağa başladı: “Kapitanlığım uğurlu alındı. Lakin hesab edirəm ki, bu uşaqların qələbəsidir. Ermənistanla matç çətin keçdi. İstirahət günündən sonrakı görüş idi. Çox güclü hazırlıq apardıq. İki oyunda başlanğıcda böyük üstünlük əldə etdik və qələbə qazandıq. Həmin görüşdən sonra özümüzə daha çox inanmağa başladıq”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024