Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-10-2017, 17:00)
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar

Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar

 

ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlaması ilə diqqət mərkəzindədir.

Mediatv.az  Apasport.az-a istinadla xəbər verir ki, dekabrın 9-da 22 yaşını tamam edəcək gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.

O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca məşqçiləri də 7 il onu zorlamaqda davam ediblər.

Maroni "Twitter" üzərindən verdiyi açıqlamasında 2012-ci ildə Londonda Olimpiya çempionu olmazdan az öncə Nassar tərəfindən zorlandığını vurğulayıb. Onun sözlərinə görə, həkimim müalicə adı ilə ona dəfələrlə təcavüz edib: “Mənə uçuşlardan öncə yuxu dərmanı verirdi. Bir dəfə onun hotel otağında oyandım. Yaponiyada yaşanan hadisədə isə guya məni müalicə etdiyini söylədi”.

Ötən il karyerasını bitirən gimnast Texas ştatında beynəlxalq təlim-məşq toplanışı zamanı zorlandığını da etiraf edib. O bildirib ki, həkim bunu ona “müalicə” adı ilə tətbiq edib: “Bu, müalicənin bir parçasıdır” deyirdi. Bütün yarışlardan öncə fürsət tapan kimi məni belə “müalicə” edirdi. Londonda qızıl və gümüş medal qazanmamışdan öncə məni zorladı. Onun ən böyük cinsi hücumuna isə Tokiodakı dünya çempionatından öncə məruz qalmışam”.

Maroni açıqlamasında məşqçilərinin də onu zorladığını açıqlasa da, onlar barədə danışmayıb. Onun çalışdırıcısı isə erməni Artur Akopyandır.

Qeyd edək ki, 3 ayrı uşaq pornoqrafiyası ilə bağlı məhkəməyə çıxan həkim həbs cəzası alıb. Həmçinin, 125-dən çox qadının şikayəti əsasında araşdırmalar davam edir. Yekun nəticə noyabrın 27-də açıqlanacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024