Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (9-10-2017, 11:55)
Millini tək qarşılayan azarkeş: Ora üçrəngli bayraq üçün gəlirəm

Millini tək qarşılayan azarkeş: Ora üçrəngli bayraq üçün gəlirəm

 

Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun üçün Maynts şəhərinə yollanan Azərbaycan milli komandasını orada cəmi bir azarkeşimiz qarşılamışdı. Lakin  təzahürat oxuyub, fakel yandıraraq, yığmaya dəstəyini nümayiş etdirən azarkeşə futbolçuların heç bir reaksiya verməməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, millinin oyunçuları laqeyd davranışlarına görə tənqid olunmuşdular.

Mediatv.az xəbər verir ki, “Qafqazinfo” həmin azarkeşlə - Şamil Mustafayevlə əlaqə saxlayıb və onun fikirlərini öyrənib:

Millini tək qarşılasan da, futbolçular sənə təşəkkür etmədilər. Bu, sənə necə təsir etdi?

- Deyə bilmərəm ki, onların belə hərəkətini normal qarşılayıram. Mənə heç bir təsiri olmadı. Çünki mənim işim azarkeşlik etməkdir. Ora futbolçular üçün deyil, köynəklərində daşıdıqları üçrəngli bayraq üçün gəlirəm, onlar bu gün var, sabah yoxdular. 

Burada isə gözləniləndən çox rezonans doğurdu. Bunu Azərbaycan üçün edirik. Tərif yağdırmaları çox xoş oldu. Mənə oyunçular və federasiyanın fikri maraqlı deyil. Ümumi futbolçularla yaxşı münasibətim var. Oyundan sonra da görüşürük, söhbət edirik. Əgər böyük auditoriya düşünürsə ki, onlar təşəkkür etməli idilər, demək ki, haqlıdırlar. 

- Oyundan sonra futbolçular səninlə foto çəkdirdimi?

- Bəli. Məşqdən sonra Ramil çəkdirdi. Bir də Əfran liftə dəvət etdi, orada Pavel, Almeyda, Əfran və Ramillə şəkil çəkdirdik.

- Stadionda böyük bir xareoqrafiya açacaqdın. Ona icazə verdilərmi?

Gec də olsa, oyuna 1 gün qalmış icazə verdilər. Məşqdən sonra təhlükəsizlik rəhbəri ilə razılaşdıq ki, pirotexnika deyil, amma xareoqrafiya və digər bannerlər gətirəcəyik.  Çox çətinliklə icazə verdilər, alman federasiyası sözünün üstündə durmadı. Qapının ağzında Babəkin bannerlərinə icazə vermədilər ki, üzərində qılınc rəsmi var. 

Eyni zamanda, köynəklərə, 50 Azərbaycan bayrağına icazə verilmədi. Dedilər ki, yəqin, satmaq istəyirsiniz bunları. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024