Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İdman (14-09-2017, 09:47)
Qol güləşçilərimiz Vətənə döndülər!

Qol güləşçilərimiz Vətənə döndülər!

 

Qol güləşi üzrə Azərbaycanın milli yığma komandası Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş XXXIX dünya çempionatında uğurla iştirak edərək, artıq dünən vətənə geri dönmüşdür.

 

Gecə saatlarının olmasına baxmayaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı qarşılayanların sayı kifayət qədər çox idi. Etiraf edək ki, qol güləşçilərimiz də bu diqqətə tam layiq idilər. Belə ki, səkkiz idmançı ilə dünya çempionatına qatılan yığma komandamız öz aktivinə elə səkkiz medal da yazdıra bilmişdi ki, bunlardan da altısı qızıl və ikisi gümüşdür. Komandamızı qarşılamağa gələn idmançılar, federasiya üzvləri və əməkdaşları, eləcə də azarkeşlər və qol güləşi həvəskarlarından ibarət heyətə rəhbərliyi isə, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov edirdi. Qarşılanma mərasimində bütün televiziya kanalları tərəfindən çəkilişlər aparıldı. Əvvəlcə dünya çempionatının qızıl və gümüş mükafatçıları onlara verilən sualları cavablandırdılar. Sonda isə, Cəsarət Əhmədov televiziya əməkdaşlarına Qol güləşi üzrə XXXIX dünya çempionatının nəticələri ilə bağlı qısa müsahibə verdi. Federasiya prezidenti öz çıxışında bunları dedi:

-Bildiyiniz kimi, bu gün bizim idmançılarımız Macarıstanın paytaxtı Budapeşt şəhərində 02-11 sentyabr tarixlərində keçirilmiş qol güləşi üzrə 39-cu dünya çempionatından geri dönüblər. Azərbaycan Qol Güləşi Federasiyası bu çempionatda ölkəmizi təmsil etmək üçün Macarıstana 8 idmançı və 1məşqçi-nümayəndədən ibarət, 9 nəfərlik heyət yola salmışdı. Böyük fərəh hissi ilə deyə bilərəm ki, qol güləşçilərimiz öz vəzifələrini, yəni Vətənimizi təmsil etmək missiyalarını şərəf və ləyaqətlə yerinə yetirə biliblər. Belə ki, 8 nəfər idmançıdan ibarət milli yığmamızın aktivinə bu çempionatda 8 medal yazılıb. Bu medallardan da 6-sı qızıl və 2-si gümüş olmuşdur. Lakin mən əminəm ki, bizim federasiyamızın, idmançılarımızın potensialı bundan qat-qat yüksək nailiyyətlərin əldə olunmasına da yetərlidir. İnşaalah növbəti Avropa və dünya çempionatlarına Allahın köməyi və dövlətimizin dəstəyi ilə daha böyük heyətlə qatılarıq və o zaman medallarımızın da sayı bundan daha çox olar.

Mən hər zaman demişəm, bu gün də təkrar edirəm: hər bir Azərbaycan vətəndaşı, hansı ölkədə olmasından asılı olmayaraq, ilk növbədə öz Vətəninə, öz xalqına, öz dövlətinə şərəf və ləyaqətlə xidmət etməlidir. Biz bu torpaqda doğulmuşuq, bu torpaqda yaşayırıq və bu torpaqda da öləcəyik. Buna görə də torpağın şərəfini hər şeydən uca tutmalıyıq!

 

Qol güləşçilərimiz Vətənə döndülər!
Qol güləşçilərimiz Vətənə döndülər!
Qol güləşçilərimiz Vətənə döndülər!

Qol güləşçilərimiz Vətənə döndülər!



Reklam
Xəbər lenti
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
18 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
17 11 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı