Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (8-09-2017, 13:59)
“Qafqaz pələngi” dünyanı fəth edir Qol güləşi üzrə XXXIX və para-armrestlinq üzrə XX dünya çempionatının 3-cü günü də Azərbaycanın milli yığması üçün uğurlu keçdi

“Qafqaz pələngi” dünyanı fəth edir  Qol güləşi üzrə XXXIX və para-armrestlinq üzrə XX dünya çempionatının 3-cü günü də Azərbaycanın milli yığması üçün uğurlu keçdi

 

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları 02-11 sentyabr 2017-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Qol güləşi üzrə növbəti dünya çempionatındakı çıxışlarına uğurla başlamışlar. Yarışların ilk günündəcə (05 sentyabr) milli yığmamızın aktivinə 2 qızıl və 1 gümüş medal yazıldı. Bu müvəffəqiyyət növbəti gün də davam etdi və idmançılarımız daha 2 qızıl medal qazandılar. Beləliklə, yarışların 3-cü gününə start verilərkən, Azərbaycan milli yığmasının aktivində artıq 4 qızıl və 1 gümüş medal var idi.

Qeyd edək ki, 60-a yaxın ölkədən 1500-ə qədər idmançının qatıldığı bir çempionatda Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları tərəfindən əldə olunmuş bu nailiyyətlər artıq yüksək göstərici kimi qiymətləndirilə bilər. Belə ki, bütün dünyada Qol güləşi idman növündə hər zaman favorit hesab olunan Rusiya, Türkiyə, Ukrayna, Macarıstan, Qazaxstan kimi ölkələr mütəmadi olaraq dünya çempionatlarında hər biri təxminən 80-120 nəfər idmançı ilə təmsil olunduğu halda, Azərbaycan Qol Güləşi Federasiyası bu çempionata yalnız 8 idmançı (+1 nəfər nümayəndə) göndərə bilmişdi. Bunun da səbəbi təbii ki, güclü idmançılarımızın olmaması deyil. Əksinə, Azərbaycanın Avropa və dünya çempionatlarında hər dəfə ən azı 30-40 nəfər idmançı ilə təmsil olunması üçün bizim potensialımız kifayət qədərdir və hətta artıqdır. Sadəcə olaraq, məhdud maliyyə imkanları bu sayın ixtisar olunmasını zəruri edir. Amma bu artıq tamamilə başqa bir müzakirənin mövzusudur.

Biz isə qayıdaq yarışların 3-cü gününə. Beləliklə, dünən mükafatlar uğrunda mübarizəyə əlil idmançılar və “Senior Grand Master” kateqoriyasında çıxış edən idmançılar da qoşuldular. Əlil idmançılar arasında 60 kq çəki dərəcəsində çıxış edən idmançımız Rahib Balakişiyev sol əldə keçirdiyi görüşlərdə yalnız finalda rəqibinə uduzaraq gümüş medala sahib oldu.

“Senior Grand Master” kateqoriyasında, +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Minabəddin Qurbanovun görüşləri isə xüsusi maraqla izlənilirdi. Məsələ bundadır ki, Azərbaycanda “Qafqaz pələngi” ləqəbilə tanınan bu idmançımızla eyni qrupda Pratali Alain (Fransa), Qolovçenko Valeriy (Ukrayna), Nuretdinov Fanis (Rusiya), Filkidis Pantelis (Yunanıstan), Dreves Arti Badger (ABŞ), Hollandi Pal (Macarıstan) və Moruzzi Quido (İtaliya) kimi güclü və dünyaca məşhur qol güləşçiləri də yer almışdılar. Lakin öz ləqəbini bu dəfə də inamla doğruldan Minabəddin Qurbanov sol əldə rəqiblərinin heç birinə şans vermədi. Bütün görüşlərini təmiz qələbə ilə başa vuran “Qafqaz pələngi” finalda Fransa idmançısı Pratali Alaini də məğlub edərək, komandamıza daha bir qızıl medal qazandırdı!

Beləliklə Azərbaycan milli yığma komandasının aktivində artıq 5 qızıl və 2 gümüş medal var.

Bu gün isə, idmançılarımız artıq sağ əllə keçirilən yarışlarda öz qüvvələrini sınayacaqlar. Ümid edirik ki, medallarımızın sayı bu gün bir qədər də artacaq!

Bütün idmançılarımıza uğurlar və qələbə sevinci arzulayırıq!

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024