Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-08-2017, 17:00)
259 milyon dollarlıq “tələyə” düşən Neymarın həyatı

259 milyon dollarlıq “tələyə” düşən Neymarın həyatı

 

 

Fransanın PSJ klubu İspaniyanın “Barselona” klubunun braziliyalı ulduzu Neymar üçün 259,4 milyon dollar ödəməyə hazırlaşır. 25 yaşlı futbolçu PSJ-də həftədə 650 min dollar maaş alacaq.

Mediatv.az milli.az-a istinadən bildirir ki, PSJ klubu Qətərin “Qatar Sports Investments” (QSI) Fonduna məxsusdur. Bu fondun hesablarında 194 milyard dollar var.

Anlaşmanın şərtlərinə görə, Neymarın illik maaşı 41,2 milyon dollar təşkil edəcək.

QSI fondu Neymarı transfer etməklə PSJ-nin Avropanın ən nüfuzlu futbol turniri sayılan Çempionlar Liqasında qələbəsini təmin etmək istəyir. PSJ indiyədək ÇL-də qalib olmayıb.

Neymarın transferi dünya futbolunda yeni rekorddur. Əvvəlki rekord “Mançester Yunayted”in İtaliyanın “Yuventus” klubundan fransalı Pol Poqbanı satın alması idi.

Neymar dünya futbolunda Lionel Messi və Kriştianu Ronaldudan geri qalsa da, sosial şəbəkələrdə “lider”dir. Onun “Instagram”dakı profilinin 78 milyon, “Twitter”dəki mikrobloqunun isə 30,5 milyon daimi təqibçisi var.

Üstəlik, Neymar populyar reklam “sima”sıdır. Onun dahi basketbolçu Maykl Cordan və “Nike” brendi ilə birgə “Air Jordan v Neymar” istehsal xətti də var.

Moqi das Kruzesdə doğulan, əsl ad və soyadı Neymar da Silva Santos Junior olan Neymar sabiq futbolçu Neymar Santos və Nadinin övladıdır.

O, vətəni Braziliyada həddən ziyadə populyardır.

Neymarın ilk xanımı Kerol Dantas idi. 19 yaşı olanda bu xanımla yaşamağa başlayan Neymarın həmin izdivacdan David Lukka adlı oğlu doğulub.

2013-cü ildə Keroldan ayrılan Neymar o vaxtdan indiyədək braziliyalı aktrisa və model, 21 yaşlı  Bruna Markesinlə birlikdədir.

4 il əvvəl “Barselona”nın satın aldığı Neymarın klubla imzalıdığı müqavilənin müddəti 2021-ci ildə bitəcəkdi.

“Barsa”nın prezidenti Xose Bartomu “Neymarı saxlamaq üçün əlimizdən gələni edəcəyik” deyib. Fəqət, Neymar dünən PSJ-də tibbi müayinədən keçib, sonra isə klubun prezidenti Nəsir əl Xəlaifi ilə görüşüb.

“Barselona”dakı mənbələrin dediklərinə görə, klub Qətərin QSI fondunun “vicdansız” davranışından UEFA-nın “Financial Fair Play” komissiyasına şikayətlənmək niyyətindədir.

“Barsa” onu da bəyan edib ki, Neymarla müqavilənin vaxtının bitməsinə hələ çox qaldığından, onu satın almaq istəyən klub 222 milyon avro ödəməlidir.

Neymarın meneceri Vaqner Ribeyrunun dediyinə görə, QSI fondu bu pulu “Barselona”ya verməyə hazırdır.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024