Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-08-2017, 09:53)
“Qəbələ” üçün şans – “Panatinaikos” sınağına doğru

“Qəbələ” üçün şans – “Panatinaikos” sınağına doğru

 

 

Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq.

Mediatv.az-ın Report-a istinadla məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək.

Bakıda baş tutacaq görüş həlledici xarakter daşıyır. Səfərdə afinalılara 0:1 hesabı ilə uduzan “Qəbələ” “play-off” mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməlidir. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlmaq da önəmlidir. Rəqib paytaxtda fərqlənərsə, qəbələlilər üçün iki top fərqi ilə qələbə qazanmaq zərurəti yaranacaq.

Qeyd edək ki, “Qəbələ” 2 il əvvəl Avropa Liqasının “play-off” mərhələsində “Panatinaikos”u səfər qolları (0:0,2:2) hesabına mübarizədən kənarlaşdırıb.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. “8-ci km stadionu”

İlk oyun – 0:1

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024