Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-06-2017, 17:22)
Məhəmmədrəsul Məcidov Entoni Coşuaya əlcək atıb

Məhəmmədrəsul Məcidov Entoni Coşuaya əlcək atıb

 

Azərbaycanın boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov böyük britaniyalı olimpiya çempionu, peşəkarlar arasında İBF, WBA və İBO versiyaları üzrə kəmər sahibi Entoni Coşuaya mesaj göndərib. 

Mediatv.az-ın məlumatına görə, 31 yaşlı idmançı Report-a açıqlamasında 2011-ci il dünya çempionatının finalında yendiyi Coşua ilə peşəkar rinqdə də döyüşməyə hazır olduğunu bildirib.

Təcrübəli dəri əlcək sahibi deyib ki, britaniyalı rəqibinin bu yaxınlarda ukraynalı Vladimir Kliçkonu da yenərək, hər 3 kəmərə yiyələnməsi onu qorxutmur: 

“İndiyədək Entoni ilə cəmi bir dəfə döyüşmüşəm. Bu da 6 il əvvəl Bakıda keçirilmiş dünya çempionatının finalında baş verib. Həmin vaxt xal hesabı ilə qalib gələrkən, ağlıma da gəlməzdi ki, Coşua peşəkar boksda Kliçkonu məğlub edəcək. Final döyüşüm zamanı özümü düşünürdüm. Qalib gəldim, vəssalam! İndi isə görürəm ki, artırıb, məşqlər edib. Yalnız tərif demək olar. Afərin! Onun Kliçko ilə qarşılaşmasına baxdım. Yaxşı döyüş oldu. Belə döyüşlər peşəkarlar arasında çox az olur. Yenə də onunla görüşmək istərdim. Niyə də yox?! Coşua ilə döyüşməyin əleyhinə deyiləm. Düşünmürəm ki, ondan zəifəm, uduzaram. Hətta günü sabah da döyüşməyə hazıram”.

Rəsulovun fikrincə, hər şey hazırlıqdan asılıdır: 

“Kim yorulmadan hazırlaşırsa, nəticə də verir. Hər kəs öz parametrlərindən istifadə etməlidir. Onun da uca boyu var. Mən isə zədəmi sağaltsam, tam hazırlıqlı olacağam”.

Bununla belə, titullu boksçu bildirib ki, peşəkarlar arasında döyüşməsi üçün Azərbaycan Boks Federasiyasının razılığını almaq lazımdır. O, hazırda yüksək məbləğlər qarşılığında təkliflərin olmasına baxmayaraq, təmsil etdiyi ölkəyə sadiq qalacağını vurğulayıb: 

“Yaxşı təkliflər indi də gəlməkdədir. Yüksək məbləğ verərək, peşəkar boksa keçməyimi istəyirlər. Amma Azərbaycan məni ayağa qaldırıb, maddi və mənəvi dəstək verib. Ona görə də rahatca çıxıb gedə bilmərəm. Nə qədər tələb edəcəklərsə, o qədər qalacağam və Azərbaycan adından döyüşəcəyəm. Öz istəyimlə peşəkar boksa keçməyəcəyəm. Amma razılıq olsa, Azərbaycanı peşəkar boksda təmsil etməyim mümkündür. Hələlik ölkədə məni əvəzləməyə, Avropa və dünya çempionu olmağa qadir ağır çəkili boksçu yoxdur. Getsəm, ən ağır çəkidə heç kim olmayacaq”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində 2011 və 2013-cü il dünya çempionatlarında qızıl medal qazanıb. O, 2013-cü ildə həm də Avropa çempionu olub. Eyni zamanda Məcidov “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2012-ci il London Yay Olimpiya Oyunları və “Bakı 2015” I Avropa Oyunlarının bürünc mükafatçısıdır.  

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024