Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (15-05-2017, 20:49)
Bakı-2017: Daha üç qızıl medal gimnastikadan gəldi

Bakı-2017: Daha üç qızıl medal gimnastikadan gəldi

 

Azərbaycan gimnastı Yuliya İnşina Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Mediatv.az-ın Trend-ə istinadən məlumatına görə, təmsilçimiz finalda 13.100 bal toplayıb.

Gümüş medala 13.050 balla Türkiyə idmançısı Göksu Üçtaş Şanlı, bürünc medala isə digər türkiyəli gimnast Demet Mutlu yiyələnib - 12.700 bal.

Bundan başqa, idman gimnastımız Bense Talas dəstəli at üzərində hərəkətlərin yekunu üzrə 14.250 bal toplayaraq birinci olub.

İkinci yeri iranlı Səidrza Keyha (14.200), üçüncü yeri isə qətərli Əhməd əl-Dayani (13.600) tutub.

Bense Talas həmçinin Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında turnik üzərində hərəkətlərin yekunu üzrə bütün rəqiblərindən üstün olub.

O, finalda 14.000 bal toplayaraq qızıl medal qazanıb.

İkinci və üçüncü yerləri isə Türkiyə idmançıları, müvafiq olaraq, Fərhad Arican (13.250) və Əhməd Öndər (13.200) tutublar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024