Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (30-03-2017, 09:49)
“İnter” “Qəbələ”, “Neftçi” “Qarabağ”a qarşı

inter qebeke

 

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Mediatv.az apasport.az-a xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra klublar kubok matçına çıxacaq.

Bu mərhələnin görüşləri paytaxt – əyalət rəqabəti ilə diqqət çəkir. Belə ki, yarımfinalda Bakı klubları bölgə təmsilçiləri ilə münasibətlərini aydınlaşdıracaq. Çempionluq iddiasında olan “Qarabağ”la “Qəbələ” müvafiq olaraq “Neftçi” və “İnter”lə oynayacaqlar.

Günün ilk matçı “İnter Arena”da baş tutacaq. Meydan sahibləri “Qəbələ” ilə qarşılaşacaq. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri Premyer Liqadakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Avropa yığmalarındakı oyunçuları – Sergey Zenyov və Nika Kvekveskiri dünən də millidə meydana çıxan “Qəbələ” üçün isə səfər matçı nisbətən çətin alınacaq. Heyətində zədəlilər də olan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk həftəsonu baş tutacaq “Zirə” ilə çempionat matçını da düşünmək məcburiyyətindədi.

Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ”ın duelindən gedir. Son iki mövsümdə kubokun finalında üz-üzə gələn komandalar bu dəfə yarımfinalda qarşılaşacaq.

Avrokuboklar üçün mübarizə aparan Elxan Abdullayevin yetirmələri qış fasiləsindən sonra xeyli gücləndiyindən ağdamlılardan revanş almaq iddiasındadı. Son oyunlarda rəqibini məğlub edə bilməyən “ağ-qaralar” oyunöncəsi davam etdiriləcək 80 illik yubileyin davamında da azarkeşlərini sevindirməyə iddialıdı.

Ardıcıl iki dəfə “Qızıl dubl”a imza atan Qurban Qurbanovun yetirmələri isə yenidən eyni uğuru təkrarlamaq niyyətindədi. Amma əyalət klubu da çempionatdakı gərgin mübarizəni düşünməli olacaq. Hər iki komandanın legionerləri arasında millidən bu gün qayıtmalı olan futbolçular var. “Qarabağ”da Ansi Aqolli və İbrahim Şehiç, “Neftçi”də isə Georgi Navalovski dünən yığmasının oyununda olub.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart

17:00. “İnter” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

19:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024