Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (2-03-2017, 15:13)
AFFA “Qəbələ” klubunun rəsmi şəxslərinə ağır cəza kəsib

 

 AFFA

AFFA İntizam Komitəsi “Qəbələ” rəsmilərinə ağır cəza kəsib.

Mediatv.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” görüşündəki hüquq pozuntularına qiymət verən qurum üzvləri qərarları açıqlayıblar.

Oyunun birinci hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmiləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə onların oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8 000 manat cərimələnib.

Həmçinin “Qəbələ” klubunun digər nümayəndəsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, kluba 8 000 manat məbləğində cərimə kəsilib. Eləcə də klubun digər rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub isə 16 000 manat cərimə olunub.

“Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4 000 manat cərimələnib.

Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3 200 manat cərimələnib.

Matçın 38-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Nika Kvekveskiri rəqib oyunçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, kluba 2 400 manat cərimə kəsilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024