Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-02-2017, 21:15)
"Qarabağ" "Qəbələ"yə məğlub oldu

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Mediatv.az saytı xəbər verir ki, turun mərkəzi oyunu “Qəbələ” və “Qarabağ” komandaları arasında baş tutub. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov,  69-cu dəqiqədə isə Filip Ozobiç fərqlənib. Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub.

 

17:40

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ” və "Qarabağ" komandaları arasında oyuna start verilib.

 

AZƏRTAC-a istinadən xəbərə görə, saat 17:30-da Qəbələ şəhər stadionunda başlayan bu oyun nəinki 19-cu turun, ümumilikdə çempionatın ən vacib və əhəmiyyətli qarşılaşması kimi səciyyələndirilir. Hər iki komanda bu yarışa ciddi şəkildə hazırlaşıb. Çünki bu, çempionluğa ən iddialı olan və son illər ölkəmizi Avropada uğurla təmsil edərək öz sözünü deyən “Qəbələ” və “Qarabağ” komandalarının mübarizəsidir. Oyunu hakimlər Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev idarə edir. Futbol azarkeşlərinin çoxdandır ki, gözlədiyi və arzulanan belə maraqlı yarış Premyer Liqada sıradan bir oyun deyil, mövsümün ən maraqlı qarşılaşması hesab edilir.

 

Son 3 mövsümün çempionu olan “Qarabağ” liderliyini qorumaq üçün “Qəbələ”yə uduzmamağa çalışır. Meydan sahibi “Qəbələ” isə zirvəni ələ keçirmək üçün mübarizə aparır. Qurban Qurbanovun yetirmələri 3 oyunluq qələbə seriyasını bu görüşdə də davam etdirsə, rəqib komandadan 6 xallıq fərqlə irəlidə olacaq. Roman Qriqorçukun komandası isə qələbə qazanarsa aralarındakı ümumi xal hesabı bərabərləşəcək.

 

Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində fevralın 18-də “İnter” və “Zirə” oyunu 1:1, "Neftçi" və "Kəpəz" görüşü isə 0:0 hesabı ilə başa çatıb. Fevralın 19-da “Sumqayıt” və “AZAL” oyunu 1:0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlində “Qarabağ” 42 xalla birinci, “Qəbələ” 39 xalla ikinci, “İnter” 33 xalla üçüncü yerdədir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024