Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-02-2017, 15:44)
İslam Həmrəyliyi Oyunları üçün 500 mindən çox bilet satışa çıxarılacaq

 

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq.

Mediatv.az-ın məlumatına görə, Oyunlarda idmanın 20 növü üzrə 500 mindən çox biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Qiymətləri 2 manatdan başlayacaq biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri isə “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Həmçinin Oyunların keçiriləcəyi 16 idman obyektində satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manatdır. 16 yaşadək uşaqlar 13 idman arenasında yarışları pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış mərasiminə isə 10-100 manat olacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024