Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (30-01-2017, 09:45)
Millimiz bu il ilk görüşünü Qətərə qarşı keçirəcək

 

Azərbaycan millisi 2017-ci ildə ilk görüşünü Qətərə qarşı keçirəcək. 

 

Mediatv.az saytı xarici mediaya istinadən xəbər verir ki, APA-nın məlumatına görə, martın 9-da baş tutacaq oyun Asiya təmsilçisi ilə ikinci duelimiz olacaq.

Komandamız bu rəqiblə ilk dəfə 4 il öncə qarşılaşıb. DÇ-2014-ün Portuqaliya ilə Bakıdakı seçmə matçından sonra yığmamız 0:2 hesablı məğlubiyyəti unutmaq üçün Ərəbistan yarımadasına yollanmışdı.

Almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Dohadakı yoxlama oyununa 2013-cü il mayın 29-da çıxıb. 1380 gündən sonra Qətər paytaxtında meydana çıxacaq komandamız bu dəfə qalib gəlməyə çalışacaq. 4 il öncə isə millimiz 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Yığmamızın 67 rəqibindən biri olan Qətər millisinin gücünə gəlincə, asiyalılar FİFA reytinqinə əsasən komandamızdan ciddi fərqlənmir. Yanvarın 12-də açıqlanan son siyahıda onlar planetin 85-ci yığması olub. Millimiz isə həmin cədvəldə 90-cı olub.

Tarixi boyu DÇ-nin final mərhələsinə yüksələ bilməyən yığma 2022-ci ildə mundialın iştirakçısı olacaq. Rəqibimiz bunu meydan sahibi kimi gerçəkləşdirəcək. Çünki asiyalılar 5 ildən sonra DÇ-yə ev sahibliyi edəcək. Rəqibimiz 2006-cı ildə Asiya Oyunları, 2014-cü ildə Qərbi Asiya çempionatı, 1992, 2004 və 2014-cü illərdə Körfəz kubokunun qalibi olub.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024