Ana səhifə Siyasət Sosial Hadisə İqtisadiyyat Dünya Gündəm Mədəniyyət Maqazin İdman Müsahibə Cəmiyyət Sağlamlıq

İdman (6-01-2017, 11:49)
Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

rovneq1-300x200

2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Mediatv.az xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Vizer İJF-nin hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminarından danışıb: “Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə, böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə, minnətdarlığımı bildirirəm. Azərbaycana da cüdoya köməyə görə, təşəkkür edirəm”.

“Belə bir böyük tədbiri Bakıda keçirdiyi üçün Beynəlxalq Cüdo Federasiyasına (İJF) minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdir. Çalışacağıq ki, qonaqlara Azərbaycanın və ölkədə cüdonun inkişafını göstərək. Çox şadıq ki, cüdonun inkişafına dair dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev deyib.

Qeyd edək ki, bu gündən start götürən seminar iki gün davam edəcək.



Reklam
Xəbər lenti
28 06 2017
28 06 2017
28 06 2017
28 06 2017
28 06 2017
28 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
27 06 2017
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı