Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (6-11-2016, 09:35)
Bu gün futbol üzrə ölkə çempionatında XI tura yekun vurulacaq

Bu gün futbol üzrə ölkə çempionatında XI tura yekun vurulacaq

 

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Mediatv.az-ın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Şüvəlanda baş tutacaq. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL lider "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri qələbə sayəsində bu gün qələbə qazanan "Neftçi" ilə xal fərqini qorumuş olacaq. "Qırmızı-qaralar" isə 3 xal qazanarsa, liderlik mövqeyini qorumuş olacaq. Komandlar ölkə çempionatlarında bu günədək 27 oyun keçirib. AZAL 10 qələbə qazanıbsa, "Qəbələ"də bu göstərici 9-dur. 8 oyunda bərabərlik qeydə alınıb.
Turun son oyununda isə "Qarabağ" səfərdə "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. 
Meydan sahibləri nəticədən asılı olmayaraq turnir cədvəlində heç bir dəyişikliklə üzləşməyəcək. Komanda hazırda 14 xalla 4-cüdür. "Qarabağ" isə qələbə sayəsində turnir cədvəlinə liderlik edə bilər. Bunun üçün isə "Qəbələ"nin Şüvaəlan səfərindən məğlub ayrılması lazımdır. Komandaların oyununda maraqlı statistika diqqəti cəlb edir. Cəmi 5 dəfə baş tutmuş görüşdə "Zirə" qalib gəlməyib. 4 oyunda "Qarabağ" qələbəyə sevinibsə, bir oyunda heç heçə qeydə alınıb.
Turun ilk görüşündə "Sumqayıt" Gəncədə "Kəpəz"lə oyundan qolsuz heç-heçə ilə ayrılıb. "Neftçi" isə öz meydanında "İnter"i 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası, XI tur
6 noyabr
14:00. AZAL - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena"
16:00. "Zirə" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024