Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (8-10-2016, 10:14)
Bu gün futbol üzrə Azərbaycan yığması Norveçlə qarşılaşacaq

dj

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün daha 9 oyun keçiriləcək.

Mediatv.az-ın məlumatına görə, “C”, “E” və “F” qrupunda çıxış edən komandalar mübarizə aparacaq.

“C” qrupunun ilk oyununda Azərbaycan millisi Norveçi qonaq edəcək. İlk oyunda qələbə qazanan Almaniya Çexiyanı sınağa çəkəcək. Qrupun digər oyununda isə Şimali İrlandiya və San Marino yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan və Almaniya yığmaları qalib gələcəyi təqdirdə qrupdakı mövqelərini gücləndirmiş olacaq. Digər komandalar isə 3 xal sayəsində fərqi aradan götürmüş olacaq.
“E” qrupunun lideri Danimarka səfərdə Polşa ilə üz-üzə gələcək. Qələbə qonaqlara liderlik mövqeyini qorumaq, polşalılara isə digər oyunların nəticəsindən asılı olaraq birinci pilləyə yüksəlmək imkanı verəcək. Aktivində bir xal olan Monteneqro yığması Qazaxıstanı qəbul edəcək. Rumıniya isə qrup sonuncu Ermənistan səfərindən xalla dönməyə çalışacaq.
“F” qrupunda aktivində 3 xal olan İngiltərə Maltanı, Şotlandiya isə Litvanı evdə sınağa çəkəcək. Meydan sahibləri qələbə sayəsində liderliklərini qorumuş olacaq. İlk oyundan sonra xalsız qalan Slovakiya isə Sloveniyada mübarizə aparacaq.

Dünya çempionarı, seçmə qrup mərhələsi, II tur
C qrupu

20:00. Azərbaycan – Norveç
Bakı. Bakı Olimpiya Stadionu
22:45. Şimali İrlandiya – San Marino
Belfast. “Uindzor Park”
22:45. Almaniya – Çexiya
Hamburq. “Hamburq Arena”
Qrupda vəziyyət: Almaniya – 3. Azərbaycan – 3. Çexiya – 1. Şimali İrlandiya – 1. San Marino – 0. Norveç – 0.

E qrupu
20:00. Monteneqro – Qazaxıstan
Podqoritsa. Podqoritsa stadionu
20:00. Emənistan – Rumıniya
İrəvan. Vazgen Sarkisyan adına Respublika Stadionu
22:45. Polşa – Danimarka
Varşava. Milli stadion
Qrupda vəziyyət: Danimarka – 3. Polşa – 1. Qazaxıstan – 1. Monteneqro – 1. Rumıniya – 1. Ermənistan – 0.

F qrupu
20:00. İngiltərə – Malta
London. “Uembli” stadionu
22:45. Şotlandiya – Litva
Qlazqo. “Hampden Park”
22:45. Sloveniya – Slovakiya
Lyublyana. “Stojitse” stadionu
Qrupda vəziyyət: Şotlandiya – 3. İngiltərə – 3. Sloveniya – 1. Litva – 1. Slovakiya – 0. Malta – 0.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024