Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (24-09-2016, 18:36)
2 güləşçimiz dünya çempionatının finalına yüksəlib

gulesh_turnir_270814_03

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Mediatv.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz – Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) mübarizə aparıb.

O. Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb. İ. Abbasov isə rəqiblərinə qalib gələrək finala yüksəlib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev olacaq.

Digər güləşçimiz R. Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı, makedoniyalı və ukraynalı rəqiblərini məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Paskal Eisel ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024