Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Slayd (10-09-2016, 23:15)
“Qəbələ” Bakıda “Neftçi”ni darmadağın etdi – 0:8

qebele_fk

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunun daha bir oyunu keçirilib.

Mediatv.az-ın  məlumatına görə, turun mərkəzi görüşündə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 8:0. Bu oyunda Baqali Dabo “het-trik”, “Qəbələ”nin “Neftçi”dən aldığı Ruslan Qurbanov “dubl” edib. Bununla da “Neftçi” tarixində ən böyük hesablı məğlubiyyətə düçar olub. “Qəbələ” isə tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Qeyd edək ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da ot örtüyünün yenilənməsi işləri aparıldığından, qarşılaşma Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilib. Komandaların əvvəlki duellərində “ağ-qaralar” 14, “qırmızı-qaralar” 10 qələbə qazanmışdılar. 8 oyunda isə qalib müəyyənləşməmişdi. “Neftçi” son üç ildə öz meydanında “Qəbələ”yə qalib gələ bilməyib. Bu qələbə sayəsində “Qəbələ” xallarını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Amma komandanın ehtiyatda bir oyunu var.

“Neftçi” isə 3 xalla 6-cı pillədədir. Azərbaycan Premyer Liqası, IV tur 10 sentyabr 20:00. “Neftçi” – “Qəbələ” – 0:8 Qollar: Baqali Dabo, 5; 16; 59. Vitali Vernidub, 10. Filip Ozobiç, 29. Ruslan Qurbanov, 45; 82. Voyislav Stankoviç, 70 Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Şahin Cəfərov “Əlincə Arena” Qeyd edək ki, tura sentyabrın 11-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024