Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (5-09-2016, 12:30)
Güləş üzrə dünya çempionatı başa çatdı - Sonuncu gündə güləşçilərimiz 4 medal qazandı

gulesh-1

 

Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı başa çatıb.

Mediatv.az xəbər verir ki, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəkidə sərbəst güləşçilər yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Yarışda 55 kiloqram çəkidə mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq Hindistan, Özbəkistan və Yaponiya güləşçilərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisinə də qalib gələn güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

Orxan Abbasov (66 kq) mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Qırğızıstan, Macarıstan və Bolqarıstandan olan rəqiblərinə qalib gələn güləşçimiz yarımfinalda Rusiya idmançısına uduzub. Bürünc medal uğrunda görüşdə Fransa təmsilçisini məğlub edən O.Abbasov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Dünya çempionatında 84 kiloqram çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov da 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Ardıcıl olaraq Çin, Hindistan və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz gərgin keçən yarımfinal qarşılaşmasında Türkiyə idmançısına uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Polşadan olan rəqibinə heç bir şans verməyib və çempionatı üçüncü sırada tamamlayıb.

Umar İsrailov (120 kq) ardıcıl olaraq Yaponiya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib finala yüksəlib. Rusiya təmsilçisi ilə gərgin keçən final görüşü rəqibin xeyrinə bitib və güləşçimiz gümüş medalla kifayətlənib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024