Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-06-2016, 22:18)
''Avro-2016'': Türkiyə Xorvatiyaya uduzdu

''Avro-2016'': Türkiyə Xorvatiyaya uduzdu

 

 

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Mediatv.az xəbər verir ki, bu gün D qrupunda bir oyun keçirilib.
Parisdə Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayb. Birinci hissənin 42-ci dəqiqəsində xorvatlar Luka Modriçin qoluyla önə keçib. Bu oyunda vurulan yeganə qol olub.
Ikinci hissədə Türkiyə futbolçuları nə qədər çalışsalar da jesaba tarazlıq gətirə bilməyiblər. Əvəzində xorvatların hesabda fərqlənmək şansları çox olub, ancaq onlar bu imkanlardan istifadə edə bilməyiblər. Top iki halda qapı tirinə dəyib, bir neçə halda qapıçı Volkan Babacan qapını qoldan xilas edib, daha bir neçə epizodda isə xorvat forvardlar hədəfdən yayınıblar.
Qeyd edək ki, qrupun digər oyunu İspaniya - Çexiya matçı sabah keçiriləcək.
Xatırladaq ki, Türkiyə və Xorvatiya yığmaları 2008-ci ildə keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gəlib. Həmin matçın 119-cu dəqiqəsində xorvatlar hesabı açsa da, bir dəqiqə sonra Türkiyə millisi Semih Şəntürklə bərabərlik qolunu vurub. Penaltilərdə daha dəqiq oynayan Fatih Terimin komandası yarımfinala yüksəlib.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024