Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (6-02-2014, 15:38)
“Xəzər Lənkəran” “Böyük oyunun”yayımlanmasını istəmir

 

 Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” oyununun canlı yayımlanmaması müəyyən söz-söhbətlərə səbəb olub. 

 

“Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın yayım hüququ “İdman Azərbaycan”a məxsus olsa da, meydan sahibləri bu matçın televiziya vasitəsi ilə göstərilməsini istəmir.

 Klub rəsmiləri açıqlamalarında qarşı tərəfin pul ödəyəcəyi təqdirdə, bu oyunun yayımına icazə verəcəklərini bildiriblər. Lakin maraqlı məqam ondan ibarətdi ki, yayım hüququ “İdman Azərbaycan”a məxsus olduğuna görə, “Xəzər Lənkəran”ın onlardan əlavə pul tələb etməsi, bu kimi bəhanələrlə yayıma mane olması absurd görünür. Əgər bu hüquq klublara aid olsaydı, o zaman cənub klubu matçın yayımlanmamasına icazə verməyə bilərdi.

 Bu məsələni dəqiqləşdirmək üçün “İdman Azərbaycan”ın direktoru Elsevər Dünyamalıyevləəlaqə saxladıq. Kanal rəhbəri saytımıza açıqlamasında bunları söylədi:

 “Bizdən nə gedir ki? Biz oyunu yayımlamaq istəyirik. Amma “Xəzər Lənkəran” buna mane olur. Hətta oyununun anaonsunu da hazırlamışdıq. Sadəcə, cənub klubu istəmir. Klub rəsmilərinin açıqlamalarını siz də oxumusuz. Mənim əlimdən nə gəlir? Buradan ora işçilərimi göndərəcəm, sonra da onlara şərait yaratmayacaqlar. Biz nə edək? Bir dəfə “İnter”ləoyunlarını yayımlamaq istəyirdik, amma klub dedi ki, bizim azarkeşlər meydana gəlmir, oyunu yayımlamayın. Proqram da boşdu. Əgər oyunun yayımlanmasını istəsələr, yayımlayacağıq. Yəni biz tərəfdən heç bir problem yoxdu”.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024