Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (2-11-2015, 18:09)
İslam Oyunlarında idmanın 20 növü olacaq

Noyabrın 2-də Bakıda, “Bulvar” otelində İslam Həmrəylik İdman Federasiyasının (ISSF) Əlaqələndirmə Komissiyasının iclası keçirilib.

 

Mediatv.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir. Artıq ölkəmizin mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəsi var. Belə ki, respublikamızda Avropa və dünya çempionatları, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları, şahmat üzrə dünya kuboku və digər turnirlər yüksək səviyyədə təşkil olunub. Gələn il Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Nazir birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsinin gələcəkdə IV İslam Həmrəylik Oyunları kimi daha möhtəşəm idman tədbirinin keçirilməsi üçün təkan olduğunu vurğulayıb. “Bakı-2017”də yarışlar ilk Avropa Oyunları zamanı istifadədə olan arenalarda keçiriləcək. Həmin idman obyektləri ən müasir texniki tələblərə cavab verir.

ISSF-nin birinci vitse-prezidenti Hamad Kalkaba Malboum Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirərək göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə yüksək təşkilatçılıq qabiliyyətini bütün dünyaya göstərdi. Ümid edirəm ki, IV İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və həm iştirakçılar, həm də qonaqlar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə sürətlə inkişaf edən Azərbaycanın ilk Avropa Oyunlarını uğurla keçirməklə ölkəmizin dinamik tərəqqisini, dostluq və əməkdaşlıq məkanı olduğunu bütün dünyaya bir daha sübut etdiyini vurğulayıb. Vitse-prezident idmanın 20 növü üzrə 14 arenada keçiriləcək “Bakı-2017”nin Azərbaycanın idman tarixində mühüm yer tutacağını ifadə edib.

Sonra MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, ISSF-nin İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat, Atletlər və Media kəndi, idman obyektləri və digər məsələlərlə bağlı hazırlıq prosesi haqqında məlumat verilib.

Noyabrın 3-də Bakıda ISSF-nin 24-cü İcraiyyə Komitəsinin, bir gün sonra isə IX Baş Assambleyası keçiriləcək.(AZƏRTAC)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024