Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (29-07-2015, 09:35)
"Qarabağ"ın Şotlandiya macərası

"Qarabağ"ın Şotlandiya macərası

 Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiyada "Seltik"in qonağı olacaqlar.

Bu matç Azərbaycan klubları ilə Şotlandiya təmsilçiləri arasında ilk qarşılaşma kimi tarixə düşəcək.
 
Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış etmək arzusunda olan "Seltik"dən fərqli, təmsilçimiz ötən mövsüm Avropa Liqasının qrupunda debüt edib.
 
Bu mövsüm turnirə II mərhələdən başlayan  Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibini də yolundan kənarlaşdırmağı hədəfləyir. Ağdamlılar bunu bacarsa, ilkə imza atacaq. Belə ki, bu vaxta kimi heç bir Azərbaycan təmsilçisi Çempionlar Liqasında pley-off mərhələsində iştirak etməyib.
 
Bu mərhələyə yüksəlmək həm də ən pis halda Avroliqanın qrup mərhələsində iştirakı təmin etməkdir. Ardıcıl ikinci dəfə qrup mərhələsinə düşməklə daha bir ilkə imza atmaq şansı olan "Qarabağ" Şotlandiyaya itkisiz yollanıb.
 
Çempionlar Liqası
 
III təsnifat mərhələsi, ilk oyun
 
29 iyul

 
23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)
 
Baş hakim: Robert Şörgenhofer
Yan xətt hakimləri: Mattias Vinsauer, Rixard Hübler
Dördüncü hakim: Dominik Ouşan (hamısı Avstriya)
 
Hakim-inspektor: Raymond Ellingem (Uels)
 
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya)
 
Qlazqo. "Seltik Park" stadionu

"Qarabağ"ımıza uğurlar!

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024