Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (22-01-2015, 19:41)
Qəbələ”də yeni təyinat- Açıqlama

“Qəbələ” İdman Klubunda yeni təyinat rəsmiləşib. 

 

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub. Böyük britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək.

İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib. Mütəxəssis yeni təyinatı ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Qəbələ”yə baş məşqçi kimi gələndə bir müddət çalışıb komandanı müəyyən mərhələyə qədər inkişaf etdirdik. Həmin vaxt diqqətimi əsasən klubun meydançada və ondan kənardakı sahəsində inkişafına yönəltmişdim. Ardınca işimdən ayrılsam da, bir müddət sonra klubun prezidenti məni dəvət edib, özünün müşaviri vəzifəsinə təyin etdi. Bu müddətdə həm əsas komandanın oyunlarını, akademiyanın fəaliyyətini izləyir, onların inkişaf proqramı haqda fikirlərimi klub rəhbərinə hesabat şəklində təqdim edirdim. Müşavir vəzifəsindən futbol direktorluğuna keçmək, təbii ki, komandayla daha sıx əlaqədə olmaq, akademiyanın işini meydançada görmək, infrastrukturu inkişaf etdirmək mənasına gəlir. Əvvəl daha çox məsləhətçi qismində çalışırdımsa, indi öz təcrübəmi bölüşməklə yanaşı, görülən işlərə görə həm də məsuliyyət daşıyıram. “Qəbələ”yə, Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu. Əminəm ki, klubun inkişafına kömək edə biləcəm”.

Qeyd edək ki, “Qəbələ”yə qədər vətənində “Uikomb” və “Portsmut” klublarını çalışdıran Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun “Arsenal”ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 matç keçirib.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024