Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (8-11-2014, 18:26)
Baş redaktor “Hyundai Auto Azərbaycan”ı məhkəməyə verir

Zəmanətli maşının təmiri üçün baş redaktordan rüşvət istəyiblər.

 

Azərbaycanda avtomobil bazarındakı nəzarətsiz sistem hələ də ciddi problem olaraq qalır. Yeni və keyfiyyətsiz avtomobillərin satışını həyata keçirərək milyonlar qazanan, vergidən yayınan  bəzi şirkətlər, həmçinin “Hyundai Auto Azərbaycan” insanları soymaqla məşguldur. 
Konkret faktlar göstərmək olar ki, onların soyğunçu əməli üzə çıxsın.
Belə ki, “Hyundai” avtomobillərinin satışı və servisi (təmiri) ilə məşgul olan “Auto Azərbaycan”-nın Dərnəgül servisində əməlli başlı al-ver gedir. Bura yenicə təyin olunan Zəfər adlı şəxsi isə ancaq pul qazanmaq maraqlandırır.
Diğər maraqlı məqam isə Dərnəgül servisinə təyin olunan Zəfər adlı şəxs müştərilərlə normal davranmır və necə deyərlər onları “yola verir”. “Opel” servisdən “Hyundai” servisə gətirilən Zəfər yeni qaydalar tətbiq etsə də, bunu müştərilər üçün deyil, öz cibi üçün edib.
Ən maraqlısı odur ki, təmir üçün servisə daxil olan avtomobillərə fərq qoyulur. Məsələn, əgər avtomobildəki problemin həlli “qarantiya”ya aiddirsə bu halda avtomobil servis məntəqəsinin həyətində saatlarla saxlanılır.  Yox, pullu işdirsə dərhal təmirə aparılır. Servisdə olan şəxslərdən birinin verdiyi məlumata görə,  bu birbaşa rəhbərliyin göstərişidir.
Daha bir maraqlı məqam. Bu gün Bizimxeber.az İnformasiya Agentliyinin baş redaktoru Ədil Hüseynli maşınında yaranan problemin həlli üçün  Dərnəgül servisinə yollanıb. Lakin baş redaktor bir neçə saat növbədə gözlədikdən sonra ondan zəmanəti olan avtomobilinin təmiri üçün puıl istənilib: “Əslində bu hal ilk dəfə deyil. Zəfər adlı şəxs bura təyin olunandan sonra burda al-ver gedir. Zəmanətə aid olan hansısa problemin həlli üçün də avtomobil sahibindən müxtəlif üsullarla pul istəyirlər.
Məsələn, mənim maşınımda ciddi problem yaranıb. Salona benzin iyi vurur və avtomobil benzini çox işlədir. Bir neçə saatdan sonra gəlib bildirdilər ki, problemin həlli üçün maşın yoxlanmalıdır və mən buna görə, pul ödəməliyəm. Maraqlıdır, avtomobildə yaranmış problemi niyə mənim pulumla tapıb həll etməlidirlər. Axı maşın zəmanətlidir və bunu servis özü etməlidir. Əslində bir neçə dəfə belə etmişəm. pul verimişəm amma nəticəı olmayib. Yəni pulu alıb yalandan yoxlayiblar və gəlib bildiriblər ki, heş bir problem yoxdu… Hansi ki, həmin problemlər bu gün də qalmaqdadır.
Bir sözlə, bu servizdə bazar açıblar. Ona görə də, problemin həlli hüquqi müstəvidə həll olunacaq. Yəni, mən “Hyundai Auto Azərbaycan”ı məhkəməyə verəcəm”.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024