Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (8-09-2014, 16:33)
Binəqədidə 1 nəfər 3 nəfəri bıçaqdan keçirdi – FOTO

 

Valeh Həsənov, saxlanılan şəxs: «Onlar mənim atama söymüşdü. Atam da Qarabağda şəhid olub»

Hadisə paytaxtın Binəqədi qəsəbəsinin Yeni Yaşayış massivində mal bazarının yaxınlığında baş verib. Bakı sakini 25 yaşlı Valeh Həsənov aralarında yaranan mübahisə zəminində 23 yaşlı Tural Rüstəmovun qol nahiyəsindən, 36 yaşlı Anar Rüstəmovun sidik kisəsindən, 34 yaşlı Tacəddin Abbasovun isə qarın və kürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Yaralılar ətrafdakı şəxslərin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Həkimlər onların həyatlarını xilas edə biliblər.

Cinayəti törətməkdə şübhəli bilinən Valeh Həsənova gəlincə, o, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Valeh Həsənov dindirilərkən törətdiyi əməli etiraf edib. Söhbət zamanı məlum olub ki, “Montin”də yerləşən kafelərdən biri fərdi sahibkar kimi Valeh Həsənovun adında qeydiyyatda olub. Həmin kafeni isə Anar Bəxtiyar oğlu Rüstəmov işlədib. Valehin yaşadığı ünvana kafedə vergidən yayınma ilə bağlı cərimə gələndə o, Anarın qardaşına cəriməni ödəmələri üçün zəng edib. Saxlanılan şəxsin sözlərinə görə, bu vaxt onu söyüblər. Gənclər arasında mübahisə yaranıb və onlar görüşmək qərarına gəliblər: "Kafe mənim adıma idi. Kassa mənim adıma idi. Oğlana zəng eləmə səbəbim də o olub ki, 524 manat cərimə gəlib. Bu zaman o nalayiq söyüş söydü. Mən də ona cavab verdim. Binəqədidə mal bazarının yanında görüş yeri təyin elədik».

Valehlə qardaşlar danışdıqları kimi telefon zənigindən bir gün sonra Binəqədidə mal bazarının yaxınlığında görüşüblər: «Biz səhər-axşam görüşdük. Mənimlə söhbətə 5 nəfər gəlmişdi. Anar maşından düşən kimi gəldi mənə kəllə atdı. Kəllə mənə dəymədi. Ondan sonra gördüm arxadan, böyürdən, başdan taxta ilə üstümə gəlirlər. Mən də tək qaldım ortalıqda. Bu zaman bıçağı çıxartdım, vurdum onları. Birinci elə bildim beşinə də dəyib. Sonradan isə dedilər üçünə dəyib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanılan Valeh Həsənov və zərərçəkmiş şəxslərin hamısı hadisə vaxtı sərxoş olublar. Hadisədən sonra özünə gələn Valeh Həsənov törətdiyi cinayətə görə heç də peşman deyil: «Məni söydüyünə görə vurmağıma peşman deyiləm. Atama söymüşdü. Atam da Qarabağda şəhid olub».

Qeyd edək ki, saxlanılan Həsənov əvvəllər də cinayət törətdiyi üçün məhkum olunub. Artıq Binəqədi Rayon Polis İdarəsində Valeh Həsənov barəsində Cinayət Məcəlləsinin 126.1- qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır. Cinayəti sübuta yetirilərsə, Valehi ən azı 7 il həbs cəzası gözləyir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024