Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (30-06-2014, 10:00)
Sərnişin avtobusları toqquşub: yaralılar var

Qəzadan sonra sərnişinlər avtobusdan düşürülüb

 

Bu gün səhər saat 08:30-da Bakının Binəqədi rayonu ərazisində iki sərnişin avtobusu tuqquşub. 
ANS PRESS-in məlumatına görə, yol qəzası Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib.
Avtovağzal ərazisində 96 və 82 saylı sərnişin avtobusları toqquşub. Qəza nəticəsində bir neçə sərnişin yüngülcə xəsarət alıb.
Qəzanın baş verməsində 82 saylı sərnişin avtobusunun sürücüsü günahkar olub. Bu barədə “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, 82 saylı avtobusun sürücüsü avtovağzal ərazisindən çıxarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə arxadan 96 saylı avtobusa çırpılıb. Nəticədə avtobusların şüşələri qırılıb. Hər iki avtobusdakı sərnişinlər aşağı düşürülüb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024