Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-06-2014, 21:34)
İsmayıllıda iki yol qəzası: 3 yaralı

Bu gün İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən iki avtomobil qəzası baş verib


APA-nın məlumatına görə, hadisələrdən biri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 28-ci kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Bakı sakini 1979-cu il təvəllüdlü Kərimov Şahin Vilayət oğlunun idarə etdiyi 10-HO-843 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik maşını qarşı tərəfdən gələn İsmayıllı sakini 1989-cu il təvəllüdlü Qubadov Səyahət Qaryağdı oğlunun idarə etdiyi “KamAz 5511” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb.

O biri hadisə isə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 46-cı kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. 1974-cü il təvəllüdlü Muştaqov İlham İbrahim oğlunun idarə etdiyi 90-KJ-245 dövlət nömrə nişanlı “VAZ 21015 markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.    

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024