Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-09-2017, 12:37)
Bakıda xəstəxanada faciə: Gənc oğlan əməliyyat zamanı öldü – FOTO

Bakıda xəstəxanada faciə: Gənc oğlan əməliyyat zamanı öldü – FOTO

 

Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.

Mediatv.az  xəbər verir ki, bu barədə Report-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlüƏliyev Səbuhi Rafiq oğlu əməliyyatdan sonra narkozdan ayılmayıb.

Xəstənin dayısı Ağasəf Xurşidov bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: “Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestezioloq məsuliyyət daşıyır”.

Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaaçıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: “Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

Nazirlik sözçüsü bildirib ki, dünyanın heç bir yerində həkimin xəstəyə və xəstə yaxınlarına söz verməsi, and içməsi kimi qayda-qanun yoxdur: “Hər bir əməliyyatda risk var. Azərbaycan həkimləri daim bu risklərin qarşısını almaq üçün əllərindən gələni edir ki, belə hallar olmasın. Ancaq hər bir orqanizm fərqlidir, hamısında eyni reaksiya olmur. Bəzən həkimə məlum olmayan patologiya olur ki, əməliyyat anında üzə çıxır”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024