Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-09-2017, 20:00)
Piyadanın ölümünə səbəb olan qəzada iştirak edən sabiq nazirdən – AÇIQLAMA

Piyadanın ölümünə səbəb olan qəzada iştirak edən sabiq nazirdən – AÇIQLAMA

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Mediatv.az-ın məlumatına görə, bu barədə APA-ya açıqlama verən sabiq nazir qeyd edib ki, o bu hadisədə şahid qismində istintaqa cəlb olunub:

“Yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər avtomobil onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.

T. Zülfüqarov həmçinin qeyd edib ki, o, qayda pozuntusuna yol verməyib: 

“Məni tibbi müayinədən də keçirdilər. Mən nə sərxoş olmuşam, nə də sürət həddini aşmışam”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın T. Zülfüqarov tərəfindən vurulması barədə məlumat yayılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024