Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (29-07-2017, 19:05)
Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib: Yaralananlar var

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib: Yaralananlar var

 

Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.

Mediatv.az Report-a istinadən xəbər verir ki, əvvəlcə “99-LF-265” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil digər bir nəqliyyat vasitəsilə toqquşub. Onların arxasınca gələn “20-CE-897” dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb, yük yerində olan qum ətrafa dağılıb.

Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı “Lada” markalı avtomobilə çırpılıb və yoldan çıxıb.

Bildirilir ki, üçüncü qəza “Lada”nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. “Lada” markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.

Qəza zamanı “Kamaz”ın sürücüsü, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Cəmil İsrafil oğlu Həsənov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024