Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-05-2017, 23:49)
Naxçıvandan İzmirə gedən Qasımın başına nələr gəldi, yaddaşını niyə itirdi?

Naxçıvandan İzmirə gedən Qasımın başına nələr gəldi, yaddaşını niyə itirdi?

 

Türkiyədə yolu polis bölməsinə düşən yaddaşını itirmiş azərbaycanlı gəncin taleyini əynindəki köynəyi müəyyən edib. Polislər 48 saat ərzində köynəkdən başlanan əməliyyatla gəncin kimliyini müəyyən edib, ailəsi ilə əlaqə yarada biliblər.

Mediatv.az virtualaz.org-a istinadən xəbər verir ki, aprelin 25-də səhər İzmirin Qarabağlar polis bölməsinə azərbaycanlı gənc daxil olub. Yaşı təxminən 25-30 arası olan gəncin yaddaşını itirdiyi məlum olub. Polisin verdiyi suallara Azərbaycan dilində cavab versə də, kim olduğunu, haradan gəlib hara getdiyini heç özü də bilməyib. Növbətçi polislərin əksəriyyəti onu sorğu-sual etsələr də, gənc israrla heç nə xatırlamadığını deyib.

Ona çay, yemək verib və dincəlməsinə şərait yaradıblar. Lakin polislərdən birinin diqqətini gəncin üzərindəki Türkiyənin tanınmış markalarından olan köynək cəlb edib. "Bu köynəyi haradan almısan?" sualı da digər suallar kimi cavabsız qalıb. Amma o, köynəyin üzərində olan barkod nömrəsini kəsərək internetdən tapdığı mağazanın İzmir şöbəsinin telefon nömrəsi ilə əlaqə saxlayıb. Bir neçə saat sürən araşdırmadan sonra mağazanın İstanbul şöbəsindən mağazadan həmin köynəyi alan şəxs haqqında məlumatlar əldə edə bildi. Məlum oldu ki, barkod nömrəsi verilən köynək 13 gün öncə həmin mağazanın İğdır şöbəsindən Qasım Rəhimov tərəfindən alınıb. Bundan sonra kameralar izlənib və həqiqətən də Qasım Rəhimovun bu gənc olduğu müəyyənləşib.

Qasım Rəhimovun Türkiyəyə Naxçıvandan gəldiyi məlum olub.

Daha sonra polis gəncin Facebook hesablarını araşdırıb. Hesab vasitəsilə ailəsi ilə əlaqə saxlayıblar. Ailəsi də 26 yaşlı Qasım Rəhimovun Çeşmədə dincəlmək üçün Türkiyəyə getdiyini təsdiqləyib və məlum olub ki, elə həmin vaxtdan da onunla əlaqə saxlaya bilməyiblər. Polis gəncin ölkəsinə geri qaytarılması üçün sənədlərin hazırlığına başlayıb.

Bir köynəkdən başlanan və 48 saat sürən əməliyyat uğurla tamamalanıb, gəncin kimliyi müəyyən olunub və ailəsilə əlaqə yaradılıb.

Amma yenə də açıq qalan suallar çox idi: Çeşmədə Qasımın başına nələr gəlmişdi? Bədənində hər hansı yara izi də yox idi. Pasportu və şəxsi əşyalarının necə itməsi maraq doğurur. Gənc yaddaşını niyə itirib? Buna səsəb narkotik maddə istifadə etməsi ola bilərmi? Bəs polis bölməsinə necə gəlib çıxa bilib? Yəqin bu sualların çoxu heç vaxt cavab tapmayacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024