Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-04-2017, 13:13)
Qubada məktəb direktorunun evi yandırıldı



Hadisə rayonun Qırız Dəhnə kəndində baş verib

Mediatv.az:  “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb. 

İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.  

Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Hadisə yerinə gələn Quba rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər. 

Yanğının səbəbi araşdırılır. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024