Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-03-2017, 18:17)
Ukraynada SOCAR-ı tenderdən kənarlaşdırdılar

"Ukrzaliznıtsa" publik səhmdar cəmiyyətinin (PSC) filialı olan "İstehsalatın Təminatı Mərkəzi" təbii qazın tədarükü ilə bağlı keçirdiyi tenderdən SOCAR-ın Ukraynadakı törəməsini kənarlaşdırıb.

Mediatv.az:   Bu barədə Tender komissiyasının elanında bildirilir.

Məlumata əsasən, Tender komissiyası bu qərarın qəbul olunmasının səbəbi kimi treyderin ("SOCAR-Ukraine") analoji razılaşmaların yerinə yetirilməsinə dair təcrübəsinin olması ilə bağlı müvafiq sənədlərin olmamasını göstərib.

Tenderin şərtlərinə görə, qalib şirkət 36,6 mln. kubmetr həcmində qaz nəql etməlidir.

"SOCAR-Ukraine" ilə yanaşı, "Ukrzaliznıtsa" müxtəlif səbəblərə görə "Esko-Pivniç", "UMVB Qrup" və "Enerqokom" şirkətlərini də tenderdən kənarlaşdırıb.

"SOCAR-Ukraine" 2008-ci ildə yaradılıb. Hazırda Ukraynada SOCAR brendi altında 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Xatırladaq ki, SOCAR Ukrayna bazarında artıq təbii qaz ticarətinə başlayıb. 2016-cı ilin dekabrın 14-də imzalanan müqaviləyə əsasən, "SOCAR-Ukraine" "Ukrtransqaz" dövlət şirkətinə 180 mln. kubmetr qaz nəql etməlidir. Dekabr ayının 30-da isə "SOCAR-Ukraine" "ERU Trading" şirkəti ilə 131 mln. kubmetr həcmində təbii qazın alqı-satqısına dair müqavilə imzalayıb

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024