Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (23-01-2017, 17:46)
Yanan binaya görə tutulanlar son söz söylədi - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə bağlı həbs olunan şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

“Burada əyləşənlər də o hadisənin qurbanlarıdır”

Mediatv.az:  Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslər son söz söyləyib. Öncə "Global Construction" MMC İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov son söz deyib. O, yanğın zamanı dünyasını dəyişənlərin doğmalarına başsaqlığı verib. Sözügedən hadisədə təqsirsiz olduğunu, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Burda əyləşənlər də o hadisənin qurbanı olublar. Mənim günahsız olduğum açıq şəkildə görünür. Nəhkəmədən barəmdə ədalətli qərar çıxarılmasını istəyirəm və buna inanıram".

 

“Məhkəmənin ədalətli, obyektiv qərar çıxaracağına ümid edirəm"

Təqsirləndirilən Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ədalət Rəcəbov sön söz söyləyərkən günahsız olduğunu məhkəmənin diqqətinə çatdırıb: "Binada təmir işləri başlayandan bir ay sonra o vəzifəyə təyin olunmuşam. Ortada podrat müqaviləsi var. Bu müqaviləni bağlayanlara nəsə demək istəmirəm. Çünki niyyət Bakını gözəlləşdirmək olub, cinayət törətətmək yox. Amma mənə elə maddələrlə ittiham veriblər ki... Mənim vəzifə öhdəliyimdə yanğın təhlükəsizliyinə nəzarət etmək hüququm olmayıb. Mənə isə ittiham veriblər ki, guya mən yanğın təhlükəsizliyinə nəzarət etməmişəm. Bu düzgün deyil. Əmək fəaliyyətinə başlayandan dövlət qurumlarında işləmişəm. Məhkəmənin ədalətli, obyektiv qərar çıxaracağına ümid edirəm".

 

“Vəzifəm təmizlik işlərinə nəzarət etmək olub, günahsızam”

Binəqədi rayonu 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov da son sözünə mərhumların ailə üzvlərinə başsalığı verməklə başlayıb: "Binanın üzlənməsinə sifarişçi olmamışam. Vəzifəm binanın, həyətin təmizliyinə nəzarət etmək olub. Məhkəmədə iştirak edən zərərçəkmişlər də, şahidlər də binanın təmiz olduğunu dedilər. Tullantılar vaxtlı-vaxtında daşınıb. Binaya bitişik olan yarımçıq tikilinin dam örtüyü yanğından iki ay əvvəl dəmirlə əvəzlənmişdi. Oraya zibil yığılması mümkün deyil. 65 yaşım var, qapalı rejimdə saxlanılıram, günahsızam, barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm".

 

“Elin gözü tərəzidir”

“Global Construction” və “Global Stone” MMC-nin həmtəsisçisi Miryusif Mahmudov son sözlə çıxış edərkən işə baxan məhkəmə tərkibinə hərtərəfli məhkəmə araşdırmasını təmin etdiklərinə görə öz təşəkkürünü bildirib. O, məhkəmə dövründə yanğın hadisəsinin baş verməsinin əsl səbəblərinın üzə çıxdığını vurğulayıb: “Səkkiz aydır məhkəmə gedir. Məhkəmə prosesində siz də, biz də, ittiham tərəfi də, vəkillər də, geniş ictimaiyyət də hadisənin əsl səbəbini bildirlər. Elin gözü tərəzidir. Bizim barəmizdə verəcəyiniz qərar elin tərəzisi gözündə olacaq.Və mən sizin düzgün qərar qəbul edəcəyinizə inanıram. 25 ildir iş adamıyam. Mənim sahibkarlıq dövrümdə 500 işçim olub. Onların bütün çətinliklərini öz üzərimə götürmüşəm. Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər”.

Baş vermiş hadisədə nə özünün, nə də təsisçisi olduğu şirkətlərin təqsirinin olmadığını bildirən Miryusif Mahmudov xüsusilə vurğulayıb ki, artıq hamıya bəlli olduğu kimi hadisədən bir neçə gün əvvəl onu hədələyib pul tələb edənlər, əks halda şirkətini və özünü ölkə rəhbərinin gözündən salacaqlarını bildirənlər doğrudan da öz məqsədlərinə çatıblar. Bu gün onun təsisçisi olduğu şirkətlər artıq müflis vəziyyətdədirlər, özü isə “cinayətkar damğası” ilə məhkəmə qarşısında dayanıb.

M.Mahmudov çıxışında 1996-cı ildə Ulu Öndərin dəvəti ilə Azərbaycana gəldiyini, burada iş qurduğunu deyib: “Məhkəmənin nə qərar verməyindən asılı olmayaraq mən Miryusifəm. Hər zaman prezidentimi sevmişəm, yenə də sevirəm. Mən seyid nəslindənəm, 400 illik şəcərəm var, xalqımı sevən bir insanam. Bunun əksini heç kim sübut edə bilməz. Mənim həbsimə bir insan da belə olsun sevinməyib. Mən o qədər vətənpərvər insanam ki... bunu məni tanıyanlar bilir”.

 

“Bina standartlara uyğun deyildi”

M.Mahmudov deyib ki, baş vermis hadisənin insan ölümü kimi ağır nəticələrində nə yanğınsöndürmə, nə də təxliyə qurumları heç bir məsuliyyət daşımır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin dövrdə baş vermiş bir çox yanğın hadisələri, o cümlədən, bu hadisədə əsl fədakarlıq nümayış etdiriblər. Məhz bunun nəticəsində də Azadlıq prospektində yanğın hadisəsindən əvvəl baş vermiş Kaveroçkin küçəsində Veteranlar Təşkilatına bitişik binada baş vermiş yanğın vaxtında söndürülüb və yanğının binaya keçməsinin qarşısı alınıb. Bu yanğın hadisəsi Azadlıq-da baş vermiş yanğınla eyni dəst-xətlə törədilib.

Azadlıq-da baş vermiş yanğında isə yanğının ağır nəticələrini o, sovet dövründə tikilmiş binanın yanğın təhlükəsizliyi və təxliyə qaydalarına tamamilə uyğun olmaması ilə əlaqələndirib: “Bizim şirkət heç bir yanlış iş görməyib. Xətaidə yanan bina vaxtında söndürüldü, tələfat olmadı. Azadlıq-da binanı yandıranlar tıxac yaratdılar, imkan vermədilər yanğınsöndürənlər hadisə yerinə vaxtında çatsınlar. Yanğınsöndürənlərə təşəkkür edirəm, daha acınacaqlı vəziyyətin qarşısını aldılar, Fövqaladə Hallar Nazirliyi sağ olsun, nə qədər adamı xilas etdilər. O bina həm də 1980-cı illərdə tikilib. Həmin standartlara uyğun bina heç yerdə yoxdur. Azərbaycanın FHN-i yox, Amerikanın 911 xidməti də gəlsəydi insanları oradan çıxarmaq müşkül məsələ idi. Bu isə - binanın standartlara uyğun olmaması, binanı qəsdən yandıranların işinə yarayıb”.

 

“Mənim bəraətimi tarix verəcək”

M.Mahmudov məhkəmə araşdırması zamanı zərərçəkmişlərin ədalətli mövqelərinə və münasibətlərinə görə onlara öz təşəkkürünü bildirib. Deyib ki, Allah qismət edərsə, bu hadisədə maddi və mənəvi zərərə düçar olmuş ailələrə bacardığı qədər dəstək olmaq arzusundadır. Həmçinin, prosesi diqqətlə izləyən və onu obyektiv işıqlandıran mətbuat nümayəndələrinə də minnətdarlığını bildirib. Sonda isə məhkəmədən bəraət istəmədiyini deyib: “Bir daha deyirəm burada oturanların heç birinin bu işdə təqsiri yoxdur. Mənim 4 övladım, bir nəvəm var. Sizdən bəraət istəmirəm. Mənim bəraətimi tarix verəcək”.

Sonra Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov son sözlə çıxış edib. O, bu işdə özünü təqsirkar bilmədiyini, günahsız olduğunu, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Digər təqsirləndirilən Ağacavad Məmmədov da baş vermiş cinayət işinə heç bir aidiyyəti olmadığını, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə prosesi yanvarın 26-dək təxirə salınıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024