Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (16-01-2017, 09:45)
Xəzərdə itkin düşən neftçilərdən son xəbər - qəzadan bir ay ötdü

 Xəzərdə itkin düşən neftçilərdən son xəbər - qəzadan bir ay ötdü

 

Mirvari Qəhrəmanlı: “Neftçi ailələri maddi dəstəkdən narazı deyillər, ancaq onlar yaxınlarının cəsədlərini istəyirlər”

 

 
Mediatv.az:  “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasında baş verən qəzadan bir ay ötdü. 
 
2016-cı il dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft”in N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanı, ona bitişik meydançanı və içərisində 10 neftçinin də olduğu budkanı dənizə yuvarlamışdı. Neftçilərdən birinin meyiti tapılsa, axtarışlara rəğmən digər 9 neftçinin cəsədi hələ də tapılmayıb.
Neftçilərin ailələrinin vəziyyəti və axtarışla bağlı son durum barəsində “Yeni Müsavat”a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı danışdı. O bildirdi ki, itkin düşən neftçilərin ailələri ilə tez-tez əlaqə saxlayır: “Axtarışın nəticəsi ilə bağlı heç bir müsbət xəbər yoxdur. Ailələrə gəlincə isə onlara müəyyən köməkliklər olunub. Ailələrə köməkliklərin edilməsi dekabrın axırından etibarən başladı. Belə ki, idarənin Həmkarlar Təşkilatından 500 AZN, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1000 AZN, hansısa xeyriyyə cəmiyyəti tərəfindən də həmçinin, hər bir ailəyə 1000 AZN verilib. Bundan başqa SOCAR tərəfindən ailələrə kart vasitəsi ilə 5 min manat vəsait də ödənilib. İşsiz ailələrdə bir nəfər ailə üzvünün işə düzəldilməsi üçün sənədlərini də istəyiblər. Sənədlər toplanıb verilsə də, hələ ki onlar işlə təmin olunmayıblar. Daha çox Ələtdə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıram. Bəlli olduğu kimi, itkin düşən neftçilərin əksəriyyətinin evi Ələtdədir. Orada yaşayan ailələrin hamısına yuxarıda qeyd etdiyim köməkliklər olunub. Axtarışa gəlincə isə düşünürəm ki, bu adamların tapılması ehtimalı olduqca aşağıdır. Ona görə ki, hadisə baş verən gün külək güclü olub, cəsədlər sürətlə hadisə baş verən yerdən uzaqlaşıb. Sadəcə olaraq, təsadüfi tapılmaya ümid bəslənilir. Dövlət Neft Şirkətinin özünün gəmiləri yoxdur. Əvvəl var idi və özləri dərhal reaksiya verirdilər. İndi isə onlar gəmi ilə bağlı digər quruma müraciət edirlər. Yəni operativ hərəkət etmək üçün şirkətin imkanları məhduddur. Bundan əlavə, düşünürəm ki, axtarışla bağlı müəyyən idarələrdə hazırlıq, peşəkarlıq da aşağıdır. Onlar xüsusi beynəlxalq təlimlər keçməlidirlər”.
Image result for Mirvari Qəhrəmanlı
M.Qəhrəmanlı dedi ki, ailələrin hazırda istədikləri bir şey var, o da itkin düşən yaxınlarının cəsədlərinin tapılmasıdır: “Ailələr hamısı bildirirlər ki, bizə yaxınlarımızın cəsədi lazımdır. Onlar vəsaitdən heç zaman şikayətlənmirlər. Deyirlər ki, heç olmasa bir qəbir olsun ki, biz ora gedib təskinlik tapaq. Ən dəhşətli situasiya da budur. Ödənilən məbləğlə əlaqədar əvvəl də heç nə demirdilər, indi də narazılıqlarını bildirmirlər. Kompensasiyalardan da hələ ki narazılıq edən yoxdur. Çünki neftçilər itkin düşüblər. Ölüm kağızı alındıqdan sonra da yəqin ki, nəzərdə tutulan vəsaitlər ödəniləcək. Ancaq ilk növbədə ailə üzvlərinə 5 min manat vəsaitin verilməsi yaxşı oldu. Ən azından onlar bu gün ac qalmırlar. Bunu biz də təklif etmişdik ki, itkin düşənlərin ailələrinə, onların meyiti tapılana qədər hər hansı bir formada maddi yardım edilsin. Yəqin ki, iyunda itkin düşənlərin ölüm kağızı veriləcək. Ondan sonra isə əsas sığortalar ödəniləcək. Nəticə olaraq onu deyim ki, itkin ailələrinə edilən maddi köməkliklər normaldır”.
M. Qəhrəmanlı əlavə elədi ki, itkin düşən neftçilərlə bağlı şəhərdə abidə qoyularsa, heç olmasa onların ailələri təskinlik taparlar: “Ötən il baş verən qəza zamanı itkin düşənlərdən biri mənim qonşumdur. Bir ildir ki, gecələr onun anasının fəryadı ərşə yüksəlir. Məni görən kimi də ağlayıb deyir ki, heç nə yox, bircə qəbir daşı istəyirəm ki, başımı dayayıb, ağlayım. İndi əlavə 9 ailə bu vəziyyətdədir. ”Günəşli" yatağındakı qəzada itkin düşən neftçilərə Cilov adasında abidə qoyuldu. Ancaq yaxşı olardı ki, şəhərdə heç olmasa ailələrin gedə biləcəyi yerdə kiçik xatirə lövhəsi qoyulardı. Onların təskinlik tapmaları üçün buna çox ehtiyacları var".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024