Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (28-12-2016, 19:14)
Prokurorluq sabiq prokurorun ölümü ilə bağlı məlumat yaydı

bash-prokurorluqMediatv.az:   Prokurorluğun sabiq işçisi ilə bağlı  yaydığı məlumatda deyilir:

“9 dekabr2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini,1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilmiş, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmişvə digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə iş üzrəistintaqın davam etdirilməsiBakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, o cümlədən mərhumun qəsdən öldürülməsi fərziyyəsi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Xatırladaq ki, keçmiş prokurorun oğlu İldırım Ağayev dekabrın 27-də  “Azadlıq” qəzetinə verdiyi açıqlamada atasının öldürüldüyünü bildirib. Ətraflı aşağıdakı linkdən tanış ola bilərsiz.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024