Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (27-12-2016, 14:32)
Həbs edilənlər azadlığa buraxılır? – "Yanan bina işi"

yanan_bina11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:  APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fərid Sadıqovun telefonuna hadisə baş verən gün gələn zənglərin protokolunun məhkəməyə daxil olduğu bildirilib.

Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.
Daha sonra prokuror çıxış edib. O, F. Sadıqov və Z. Əşrəfova şərti cəza verilməli olduğunu deyib.
Dövlət ittihamçısı bildirib ki, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslərin hər iksinə 3 il şərti cəza verilsin, barələrindəki həbs-qətimkan tədbiri dəyişdirilsin, məhkəmə zalından azadlığa buraxılsınlar.

Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən, sonradan vəfat edən Nüsrət Muxtarovla bağlı işə xitab verilməsini istəyib.
Daha sonra prosesdə vəkillər müdafiə nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş ediblər.

Prosesdə fasilə elan olunub.
Fasiləsən sonra təqsirləndirilən şəxslər son söz deyəcəklər.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada vəfat edib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024