Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (31-03-2016, 12:14)
MTN GENERALININ 2 MİLYONLUQ “ƏMƏLİYYATI”

mtn_bina_yeni_main_180215

“Texnikabank”ın əmanətçiləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərləri ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib.

Mediatv.az xəbər verir ki, onların müraciətini “Təzadlar” qəzeti yayıb. Müraciətdə ləğv olunmuş MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank” işi” ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs olunur.
Müraciətdən məlum olur ki, şikayətçilər “Texnikabank”ın Bakı filialına yatırdıqları əmanətlərinin şərinə düşüblər və MTN generalı Mövlam Şıxəliyev onları dolayısı ilə bu əmanətlərdən imtinaya məcbur etməkdən savayı, həm də sonradan bu qədər pulu haradan aldıqlarını sorğu-sual etməklə onları həbslə hədələyib. Nəticədə kimi qorxusundan həmin əmanətdən imtina edib, kimisi generalın “çaldığı havaya oynamadığı üçün” həbs edilib, kimisi də külli miqdarda rüşvət verərək canını qurtarıb.Zərərçəkənlərdən biri Xəqani Əzimov deyir: “Mən əlimdə olan mülkümü, evimi satıb ”Texnikabank”a əmanət kimi qoymuşdum. Bütün pullarım getdi, hələ az qalmışdılar məni həbs etsinlər ki, bu pulu hardan almışam? Satdığım əmlakların sənədlərini, hansı qohumdan aldığım əlavə pulun mənbəyini sübut edən fakt və sənədləri təqdim edəndə isə istintaqçılar başqa yola əl atdılar. Bu dəfə üzümüzə adam qoymağa başladılar ki, guya bu əmanətləri qanunsuz yatırmışıq. Istintaq filial rəhbəri Zal Yusifovu xilas etmək, pulları əlimizdən almaq üçün bütün hoqqalardan çıxdı. Bizdə olan məlumata görə, Milli Bank həmin əmanətlərin qaytarılması və zərərçəkənlərə ödənilməsi üçün zəruri addımları atıb, xeyli pul ayırmışdı, sadəcə, istintaq həmin vəsaiti kimlərləsə əlbir olub mənimsəyib. Bu da azmış kimi Mövlam Şıxəliyev və onun şöbə müdiri Vüsal Ələkbərov biz zərərçəkənləri həbs edəcəkləri ilə qorxudub bizi əmanətlərimizdən imtina etməyə məcbur edirdilər. Həmin dövrdə biz bu qanunsuz tələbə əməl etmədikdə üzümüzə adamlar durquzmağa başladılar. Məsələn, yaxından tanıdığımız əmanətçi Vüqar Nüsrət oğlu Behbudovu banka əmanət qoymuş qardaşım Füzuli Əzimovun üzünə qoydular ki, guya o, qanunsuz yatırım edib. Lakin Vüqar bu təhrikə baş əymədi, amma işi elə düzüb-qoşub saxtalaşdırdılar ki, Vüqara 10 il iş kəsildi, sonradan bu müddət 7 ilə endirildi. Təsəvvür edirsinizmi, Vüqar Behbudov həbs edilən gün oğlu dünyaya gəlmişdi! Vüqar həbsdən çıxanda isə onun oğlu 2-ci sinifdə oxuyurdu. Və elə həmin gün onu şantajla həbs etmiş Vüqar Ələkbərov həbs edildi. Mən müflis vəziyyətə salındım. Oğlumun evini həmin dövrdə satıb banka qoymuşduq ki, üzərinə faiz gəlsin, sonradan təzə mənzil alıb evləndirərəm. İndi oğlumu evsizlik ucbatından evləndirə bilmirəm. Belə də ədalətsizlik olarmı?”

eldar-mahmudov-ve-ko

Müraciət müəllifləri mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlam Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsini xahiş edirlər: “Cənab Prezident, MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zərərçəkmiş Nizami Kazımovun şikayəti əsasında həbs edildi, bizimlə də üzləşmələr aparılıb və onun qanunsuz əməlləri sübuta yetirilib. Amma Vüsal Ələkbərova qanunsuz tapşırıqlar vermiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev hələ də azadlıqdadır. Bizim pullarımızı da şəxsən o mənimsəyib”.

“Təzadlar”a göndərilmiş başqa bir məktubda isə vaxtilə Respublika Əmanət Bankının sədri olmuş, iş adamı Hüseyn Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pul alınması qeyd edilir. Məktubdan məlum olur ki, Hüseyn Səfərov da “Texnikabank”ın işində zərərçəkmiş kimi tanınıb, amma? Bu iş üzrə istintaqın gedişində Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun diqqətini Hüseyn Səfərov cəlb edir: “İstintaq prosesində Mövlam Şıxəliyev Hüseyn Səfərovu əmanətlərin qoyulmasında qanunsuz hərəkətlər etməsi bəhanəsi ilə az qala hər gün MTN-ə çağırıb sutkalarla dindirirdi. Bildiyimizə görə, Mövlam Şıxəliyev ondan həmin pulları hardan əldə etməsini tələb edirmiş. Sonradan şantaj edilərək həbs ediləcəyindən ehtiyatlanan Hüseyn Səfərov Mövlam Şıxəliyevin şərtlərinə əməl etməli olur. Və o, Şıxəliyevin sağ əli olan Vüsal Ələkbərov vasitəsilə tapşırıq alır. Nəticədə elə MTN-nin binasında 2 milyon dollar pul general Mövlam Şıxəliyevə verilir. Həmin tarixə aid MTN-ə giriş-çıxış kameralarına baxış keçirilsə, Vüsal Ələkbərovun həmin pulu qəbul edərək yuxarı qaldırması təsdiqini tapar. Hüseyn Səfərov istintaqda zərərçəkmiş kimi tanınıb və bildiyimizə görə onu bu yaxınlarda həbs edilmiş Vüsal Ələkbərovla üzləşdiriblər, Hüseyn Səfərov Vüsal Ələkbərovdan pulunu tələb edib”

Qəzet Hüseyn Səfərovun özü ilə də əlaqə saxlayıb. O, Naxçıvanda olduğunu bildirib və yaxın vaxtlarda Bakıya qayıdacağını söyləyib. 2 milyon məsələsinə gəlincə, Hüseyn Səfərov bunları deyib: “Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam. Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun ”danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam. İstintaq getdiyindən başqa heç nə deyə bilmirəm. Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzili var, “Sahil” Ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar. “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik. Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub?Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır. Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam. İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm.Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm. Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024