Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (22-03-2016, 19:46)
Göyçayda sərxoş kişilər bir ailənin 4 üzvünü döydü, maşınını əzdi

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
APA-nın xəbərinə görə, dünən saat 23 radələrində Göyçayın Yalman kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Əzizov Nəbi Bahadur oğlunun idarə etdiyi 23-BQ-519 dövlət nömrə nişanlı “VAZ - 2106” markalı minik avtomobilinə daş atılıb. Avtomobili onun həmkəndliləri - 1958-ci il təvəllüdlü Qafarov Qara Hüseyn oğlu və qardaşı oğlanları Ceyhun Qafarovla Sahil Qafarov daşa basıblar. N. Əzizov avtomobilini saxlayaraq onlara etiraz etdikdə özü və maşındakı ailə üzvləri hücuma məruz qalıblar.
Hadisə zamanı N. Əzizov, onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Əzizova Afilə Fazil qızı, 2000-ci il təvəllüdlü qızı Samirə Əzizova və 1994-cü il təvəllüdlü oğlu Nizami Əzizov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədə Qara Qafarovun da xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N Əzizovun avtomobili ilə “VAZ - 2107” markalı daha bir maşın əzilib. Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdikləri bildirilir. Məlumata görə, hadisə ailə üzvləri yaxın qohumun evindən bayram qonaqlığından qayıdarkən baş verib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024