Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (4-03-2016, 19:23)
Bakıda ağır qəza - 20 yaralı var

Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Mediatv.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək sürətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.

Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də qeyd olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Ümumiyyətlə son günlər marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı artıb. Fevral ayının 28-də də Bakıda ağır yol qəzası baş verib. Səbail rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub.

Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fevral ayının 23-də paytaxtda analoji hadisə - insan ölümü ilə nəticələnən avtobus qəzası qeydə alınıb. Nizami rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 10 nəfərdən çox insan xəsarət alıb. Qəzaya səbəb avtobuslardan birinin işıqforun qırmızı işığında yolu keçməsi olub.(ans)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakıda aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024