Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (29-02-2016, 20:16)
ELDAR MAHMUDOV HANSI KƏŞFİYYATA İŞLƏYİB? – “Moskvanın xəbərdarlıqlarına məhəl qoymayıb…”

eldar-main

“Eldar Mahmudovun iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib”

Mediatv.az xəbər verir ki, Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Eldar Mahmudovun “vurulmasını” Rusiya ilə əlaqələndirib. Partiya sədri bu barədə “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində danışıb.

Təhlükəsizlik sahəsi üzrə Azərbaycanın sayılıb-seçilən ekspertlərindən olan S.Əkbərin fikrincə, Eldar Mahmudov 2 dövlətin xüsusi xidmət orqanları ilə həddən artıq yaxınlaşdığından Moskva onu cəzalandırmaq qərarına gəlib.
Sitat: “Bilirsiniz ki, MDB-nin xüsusi xidmət orqanları vaxtaşırı toplaşır. O toplantılarda bəzi çıxışlar rus mətbuatına da verilir, Azərbaycan mətbuatı da bəzilərini verir. Orada açıq-aydın şəkildə Rusiya rəsmiləri bildirirlər ki, biz MDB məkanında, eyni zamanda Rusiyada məxməri inqilabların baş verməsinə imkan verməyəcəyik. Bu barədə də mənim bildiyimə görə, onların MDB respublikalarının xüsusi xidmətlərinə təlimatları olur. Bu təlimatlar əsasında da müəyyən əməliyyatlar həyata keçirilib. Eyni zamanda MDB respublikalarının milli təhlükəsizlik şuralarının birgə toplantıları olur. Xatırlayırsınızsa, Azərbaycanın milli təhlükəsizlik şurasının katibi Ramiz Mehdiyevin Moskvaya son səfəri oldu. Yəni həm xüsusi xidmət orqanları, həm də milli təhlükəsizlik şuraları səviyyəsində Azərbaycanda demokratik dəyişikliklərin önlənməsi üçün aparılan siyasət koordinasiya olunub və olunur. Bu siyasətin koordinasiyası çərçivəsində əməkdaşlıq da var. Bu kontekstdə təbii ki, RF xüsusi xidmət orqanları ilə yaxınlıq da olub və var. Digər ölkələrin xüsusi xidmət orqanları ilə yaxınlaşma müəyyən həddən irəli gedəndə Moskva buna çox qısqanclıqla yanaşır. Belə bir vəziyyət məhz keçən il oldu.

Eldar Mahmudovun – icazə verin dövlət adı çəkməyim – iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib və xəbərdarlıqlar olunub. Moskvadan gələn xəbərdarlıqlara kifayət qədər məhəl qoyulmayıb. Xəbərdarlığa baxmayandan sonra cəzalandırmaq qərarına gəlinib. Haqqında material toplanıb, material toplananda da bəlli olub ki, Eldar Mahmudov artıq Azərbaycan mətbuatında haqqında yazılan işlərlə məşğuldur. Bu barədə Azərbaycanın dövlət başçısına da məlumat çatdırılıb. Xatırlayırsınızsa, dövlət başçısı İlham Əliyev Astanada MDB dövlət başçılarının toplantısından geri dönən kimi Eldar Mahmudov vəzifədən azad edildi. Astanada Rusiya tərəfi Azərbaycanın dövlət başçısını qəzəbləndirə biləcək hansısa informasiyalar vermişdi ki, qərar operativ qəbul olundu. Mən bu barədə Eldar Mahmudov vəzifədən azad ediləndə də bildirmişdim”.

img2015953S.Əkbərin fikrincə, Eldar Mahmudovun və digərlərinin həbsi siyasi qərarlardan asılı olacaq.“Yəni bu, hüquqi məsələdən daha çox, məncə, siyasi məsələdir artıq. Hakimiyyət gördü ki, bütün yönləri ilə açıqlansa, bu istintaq işi geniş və dərin aparılsa, bütün dövlət və hökumət orqanlarını əhatə elədiyi cəmiyyətə bəlli olacaq, bu isə bütövlükdə hakimiyyətin nüfuzuna zərbə vuracaq. Ona görə də bu iş aparılırsa da əsasən örtülü aparılır. Bu işin bir neçə yanı var. Bir hissəsi ilə ümumiyyətlə istintaq məşğul olmur, siyasi xarakter daşıyır. Bir hissəsi ilə bağlı hüquqi araşdırma aparılır. Bir hissəsi isə xüsusi məsələlərdir. Bu xüsusi məsələlər də yəqin ki, elə gizli qalacaq. Ən azı bu hakimiyyətin dövründə gizli qalacaq”.

S.Əkbər Eldar Mahmudovun hansısa dövlətlərin təsiri nəticəsində həbs olunmadığı haqda iddialara da münasibət bildirib. “Şübhəsiz ki, mənim operativ informasiyam var. Amma operativ informasiyanın sənədləşməsi mənim əlimdə yoxdur. Lakin o da sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanlarının çoxsaylı dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri var. Bir sıra dövlətlərlə sıx əlaqələr olub. Bu normaldır. Xüsusən də terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə NATO çərçivəsində normaldır. Amma burda bir şey var ki, mən anladığım qədərilə hazırda Azərbaycan hakimiyyəti rusiyayanlısı siyasət aparır…”

Ekspertin son fikirləri ona işarədir ki, Eldar Mahmudov məhz Qərbin xüsusi xidmət orqanları ilə həddən artıq yaxınlaşdığı üçün Rusiyanın qəzəbinə gəlib və onun fəaliyyəti izlənilərək, əleyhinə materiallar toplanıb. Astana sammiti zamanı isə Rusiya prezidenti bu materialları Azərbaycanın dövlət başçısına təqdim edib. Bundan sonra E.Mahmudovla bağlı qərar verilib.

eldarS.Əkbərin adını çəkmək istəmədiyi 2 dövlətdən biri, heç şübhəsiz ki, İsraildir. Eldar Mahmudovun dövründə MTN-lə İsrailin xüsusi xidmət orqanları arasında aşkar-gizli sıx əlaqələrin olduğu heç kimə sirr deyildi. Hətta Eldar Mahmudovun özünü İsrail və Rusiya kəşfiyyatlarının ortaq proyekti hesab edənlər də var. E.Mahmudovun nazir təyin olunduğu dövrü, şəraiti nəzərə aldıqda, bu iddialar tamamilə real görünür. MTN rəhbərliyində dəyişiklik elə bir həssas zamanda baş vermişdi ki, Qərbə simpatiyası, Rusiyaya azacıq mənfi münasibəti olan birisinin bu posta təyin olunması mümkün deyildi. Sonrakı dövrlərdə Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının yüksək səviyyəli əməkdaşlığı da ondan xəbər verirdi ki, heç kimin gözləmədiyi halda, əvvəlcədən namizədlər arasında adı hallanmayan E.Mahmudovun MTN başçısı postuna gətirilməsi, Rusiya ilə razılaşdırılıb. Lakin necə ola bilər ki, hələ lap əvvəldən Rusiyanın proyekti kimi ortaya çıxdığı güman olunan E.Mahmudov, Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq, Qərbin xüsusi xidmət orqanları ilə təhlükəli həddə qədər yaxınlaşmağa risk edib? Onu belə bir riskli yola baş vurmağa nə vadar edə bilərdi?

Əlbəttə, yetərli informasiya olmadan bu barədə geniş danışmaq mümkün deyil. Amma qeyd etməliyik ki, Eldar Mahmudovun Qərbin xüsusi xidmət orqanları ilə siyasi rəhbərlik tərəfindən sanksiyalaşdırılmayan gizli əməkdaşlıq içində olduğu, onların sifarişi ilə Azərbaycan rəhbərliyini dinlədiyi və izlədiyi, toplanmış materialları sifarişçiyə ötürdüyü ehtimalı Eldar Mahmudovun vurulması ilə bağlı ƏSAS VERSİYALARDAN sadəcə biridir. Digər ən populyar versiya isə bunun tam əksidir. Bu versiyaya görə, Eldar Mahmudov Azərbaycan rəhbərliyinin əleyhinə istifadə oluna biləcək materialları, xüsusən də Azərbaycan rəhbərləri ilə ABŞ nümayəndələri arasındakı qapalı görüşlərin stenoqramlarını Moskvaya ötürüb, Astana görüşündə isə bu materiallardan Azərbaycanın əleyhinə istifadəyə cəhdlər göstərilib. Prezident bu materialların Moskvaya E.Mahmudov tərəfindən ötürüldüyünə əmin olduqdan sonra belə sərt addımlar atıb.

İstənilən halda, E.Mahmudovun “vurulmasının” arxasında bu 2 bir-birinə zidd ehtimaldan birinin olduğu şübhə doğurmur. E.Mahmudovun işdən çıxarılması ilə MTN-də başlayan əməliyyatın dərhal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçraması da məhz ondan xəbər verirdi ki, ortada dinləmə və xarici kəşfiyyatlara ötürmə faktı var.

Hansı kəşfiyyata, bunu yəqin ki, zaman göstərəcək.

Rasim ƏLİYEV
AzPolitika.info

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024