Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-02-2016, 14:10)
Eldar Sabiroğlunun oğlu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldı

 

Rüşvət almaqda təqsirləndirilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə R.Səfərov məlumat verib. O bildirib ki, ev dustaqlığı barədə haqqında çıxarılmış qərar yenidən həbs qətimkan tədbirinə dəyişdirilə bilər.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Yanvarın 22-də isə Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Səfərov barəsində çıxarılmış qərar dəyişdirilərək o ev dustaqlığına buraxılıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024